
Qətərdə təşkil olunan dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək.
Aktualinfo.az “Report”a istinadən xəbərə görə, C və D qruplarında II turun qarşılaşmaları baş tutacaq.
Günün ilk matçı D qrupuna təsadüf edəcək. Bakı vaxtı ilə saat 14:00-da başlayacaq görüşdə Tunis millisi Avstraliyanı sınağa çəkəcək. Bu qrupun digər oyununda isə Fransa və Danimarka yığmaları üz-üzə gələcək.
C qrupunda isə II tura Polşa – Səudiyyə Ərəbistanı matçı ilə start veriləcək. Digər qarşılaşmada isə ilk turda gözlənilmədən uduzan Argentina yığması Meksika ilə münasibətlərinə aydınlıq gətirəcək.