
Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.
Obyektivxeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycanda rektorlar 5 il müddətinə təyin edildiyi üçün E.İsayevlə bağlı yeni Sərəncam imzalanıb. Belə ki, 2019-cu ilin bu günü Naxçıvan Dövlət Universitetinə təyinat alan rektorun bu ay səlahiyyət müddəti başa çatırdı.