İdman
Braziliya millisi Fransa yığmasının rekordunu təkrarlayıb

Futbol üzrə dünya çempionatının ikinci turunda İsveçrəyə qalib gələn (1:0) Braziliya millisi pley-off mərhələsinə vəsiqəni təmin edib. Komanda ilk iki oyunda rəqiblərə qapısına bir zərbə belə vurmağa imkan verməyib.
Aktualinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunadək yalnız Fransa millisi 1998-ci ildə keçirilən mundialda bunu bacarıb.
Qeyd edək ki, Braziliya millisi ilk turda Serbiyaya 2:0 hesabı ilə qalib gəlib