AnalitikaGündəmSiyasət

Azərbaycan və Pakistan arasında uzunmüddətli dostluq əlaqələri davam etməkdədir

Fevral 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi ilə geniş tərkibdə görüşü keçirilib. Keçirilən görüşdə bir çox dövlət rəsmiləri iştirak etdilər. Görüşün ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə edildi və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyi, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyəti bir daha vurğulandı. İki qardaş ölkə olaraq beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.

Prezident  İlham Əliyev qeyd edib ki, Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Pakistana dövlət səfərim zamanı rəsmən bəyan etdim ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır.

Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq. Azərbaycan və Pakistan arasında uzunmüddətli dostluq əlaqələri davam etməkdədir.

Gülarə İsmayılova,
Bakıxanov qəsəbəsi 107 nömrəli tam orta məktəbin psixoloqu 

Oxşar Xəbərlər

Back to top button