AnalitikaGündəmSiyasət

Azərbaycan qadınları tarix boyu ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamışdır

8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da xüsusi təntənə ilə qeyd edilir. Qadınların tarixdə rolu danılmazdır. Azərbaycan tarixində də dərin iz qoyan qadınların sayı kifayət qədər çoxdur. Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir.

Azərbaycan qadınları tarix boyu ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış, dövlət quruculuğunda, elmdə, mədəniyyətdə və ordu sahəsində əhəmiyyətli iz qoymuşlar. Onlar həm döyüş meydanında, həm də idarəçilikdə mühüm mövqeyə sahib olmuş, cəmiyyətin inkişafına böyük töhfələr vermişlər. Azərbaycan qadınları əsrlər boyu milli-mənəvi dəyərlərin qoruyucusu olmuş, ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı sayılmışdır. Onların elm, mədəniyyət və incəsənət sahəsindəki uğurları qadınların cəmiyyətə təsir gücünü daha da artırmışdır.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button