
Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun ölkə başısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini təsdiqləyib.
Obyektivxeber.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Ərdoğanın İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında iştirak etmək üçün 4 iyul tarixində Xankəndi şəhərinə səfər edəcəyi bildirilib.