Elm və TəhsilGündəmMaraqlıSiyasətSosial

Qida Sənayesi Kolleci ilə bağlı yayılan iddiaların arxasında şəxsi maraq və qərəz dayanır

Son günlər bəzi xəbər portallarında və sosial media platformalarında Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecində guya sistemli korrupsiya, saxtakarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı məlumatlar yayılıb. Bu iddialarda xüsusilə kollecin direktoru Sevinc Həmzəyeva və tələbə təşkilatının sədri Əzizov Ülvi hədəfə alınıb.

Obyektivxeber.az “Patrul.az”a istinadən xəbər verir ki, bu məlumatların ilkin mənbəyi – kollecin hüquqşünası Muradova Aynurə Murad qızıdır.

Aynurə Muradova yalnız bəzi media orqanlarına deyil, birbaşa bizə – Patrulaz.az redaksiyasına da müraciət etmiş, bir sıra görüntü və “sənədlər” təqdim etmişdi. Bu səbəbdən biz də məsələni obyektiv şəkildə araşdırmağa qərar verdik.

Aynurə Muradovanın təqdim etdiyi “materiallar” dövr uyğunluğu baxımından yanlışdır

Araşdırma zamanı məlum oldu ki, Aynurə Muradovanın təqdim etdiyi “materialların” əksəriyyəti Qida Sənayesi Kollecində hazırkı direktor Sevinc Həmzəyevanın rəhbərliyindən öncəki dövrə aiddir. Qeyd edək ki, Sevinc Həmzəyeva bu vəzifəyə 2024-cü ildə təyin olunub və hazırda kollecə rəhbərlik edir.

Lakin əvvəlki dövrə aid olsa da, bu məsələnin də həqiqəti əks etdirmədiyi və elə həmin dövrlərdə də Aynurə Muradovanın kollecin nüfuzuna zərər vuracaq şər və böhtan xarakterli məlumatlar yaydığı qeyd olunur. Ümumi kollektivdə yaşadığı ədavətlər, şəxsi münasibətlər zəminində yaranan gərginlik və digər səbəblər nəticəsində o, dəfələrlə nizam-intizam qaydalarını pozduğu üçün ona rəsmi şəkildə xəbərdarlıq və töhmət verilib.

Əlavə olaraq, Aynurə Muradovanın bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarına da rəsmi müraciəti olmuşdur. Lakin aparılan araşdırma nəticəsində 16.06.2025-ci il tarixində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar verilmişdir. Yəni iddia edilən halların – imtahan zamanı telefondan istifadə, rüşvət qarşılığında qiymət yazılması, 25%-lik ödənişlə təkrar imtahanlarda rüşvət mexanizmi – heç biri öz təsdiqini tapmamışdır. Bu, Aynurə Muradovanın iddialarının hüquqi əsasdan məhrum olduğunu rəsmi şəkildə sübut edir.

Hüquqşünasın iddiaları yox, şəxsi motivasiyası ön plandadır

Bundan əlavə, kollecin bir neçə müəllimi və əməkdaşı ilə də əlaqə saxladıq. Onların bildirdiyinə görə, Muradova Aynurə ümumiyyətlə kollektivlə uyğun işləməkdə çətinlik çəkir, mütəmadi olaraq iş mühitində gərginlik və narazılıq yaradır. Əməkdaşların böyük əksəriyyəti onunla işləmək istəmədiklərini və onun daim “əməkdaş” yox, “qarşı tərəf” mövqeyində davrandığını qeyd etdilər.

Təəssüf ki, Aynurə Muradova hüquqi yollarla istədiyinə nail ola bilmədikdən sonra bu dəfə də mediaya üz tutaraq məsələyə qərəzli, təhrif olunmuş formada yanaşır. Bizim redaksiyaya təqdim etdiyi bəzi məlumatların birbaşa yoxlanışı zamanı da, təqdim olunan görüntülərin manipulyativ olduğu, kontekstdən çıxarılaraq təqdim edildiyi aşkarlanıb.

Aynurə Muradova hüquqşünas olduğunu bildirsə də, hüquqi sübutların nədən ibarət olduğunu müəyyən etməkdə çətinlik çəkir. Halbuki onun təqdim etdiyi “sənədlər və faktlar” bir sıra hallarda hüquqi əsaslara deyil, şəxsi fantaziyasına və subyektiv təəssüratlarına əsaslanır.

Tələbə yox, hədəf: Kimsəsiz bir gəncə qarşı haqsız kampaniya

İddialarda adı hallanan tələbə Əzizov Ülvi, hazırda UNEC-in nəzdindəki Qida Sənayesi Kollecində Tələbə Gənclər Təşkilatının seçkilərində tələbələrin səsi ilə sədri seçilmiş, ictimai fəallığı ilə fərqlənən bir gəncdir. Lakin burada diqqətçəkən məqam onun ağır həyat hekayəsidir.

2003-cü ildə Neftçala rayonunda anadan olan Ülvi 3 yaşında hər iki valideynini itirib – atası yol qəzasında vəfat edib, anası isə bu itkini qəbul edə bilməyərək həyatına son qoyub. O gündən bəri nənəsinin himayəsində çətinliklərlə böyüyüb, bütün sosial və psixoloji maneələri aşaraq təhsildə və cəmiyyətdə öz yerini tapmağa çalışıb.

Oxşar Xəbərlər

Back to top button