AnalitikaGündəmSiyasət

Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək mühüm nəqliyyat qovşağıdır!

Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan Zəngəzur dəhlizi Sovet hakimiyyətinin qurulmasından sonra “mübahisəli ərazilər” elan olunaraq Ermənistana verilməsi qərara alınır. Bununla da, Azərbaycan ilə onun bir hissəsi olan Naxçıvan arasında quru əlaqəsi kəsilir. Qədim Azərbaycan torpağı olan Zəngəzurun ötən əsrdə zorla Azərbaycandan qoparılması həm də türk dünyasının coğrafi cəhətdən parçalanması məqsədi güdürdü.  Tarixi sənədlərdən məlumdur ki, Azərbaycan SSR hökuməti Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb edir.

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatında Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur. Lakin üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, Ermənistan Zəngəzur dəhlizinin açılmasını hələ də ləngidir. Bu, regionda sülh və əməkdaşlıq mühitinin bərqərar olmasına da mənfi rakursda təsirsiz ötüşmür. Halbuki, dəhlizin açılacağı təqdirdə ondan ən böyük fayda götürən tərəflərdən biri Ermənistan özü olacaq. Çünki işə başladıqdan sonra bu dəhliz Ermənistanın əsas ticarət və nəqliyyat yollarından biri olmasına gətirib çıxaracaq, idxal və ixrac marşrutlarının şaxələndirməsinə imkan verəcək. Eyni zamanda, Zəngəzur dəhlizi Ermənistanın izolyasiya vəziyyətindən xilas olmasına, onun region və ondan kənar ölkələrlə  əlaqələrində yeni mərhələnin başlanmasına səbəb olacaq. Perspektivdə Zəngəzur dəhlizi Ermənistan üçün enerji təhlükəsizliyi baxımından da müstəsna əhəmiyyət kəsb edə bilər. Çünki işə başladıqdan sonra  bu dəhliz Ermənistanın əsas ticarət və nəqliyyat yollarından biri olmasına gətirib çıxaracaq, idxal və ixrac marşrutlarının şaxələndirməsinə imkan verəcək.

Bir neçə gün öncə keçirilmiş “III Şuşa Qlobal Media Forumu”nun iştirakçıları ilə görüşdə “Zəngəzur dəhlizi” məsələsinə toxunan prezident İlham Əliyev burada heç bir ticarətçi, icarədar ola bilməyəcəyini bildirərək, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçid kimi qiymətləndirmişdir. Azərbaycan və Ermənistan necə ki, sərhədlərin dəqiqləşdirilməsinə başlayıblar, yaxud 4 kəndimizin azad olunması ikitərəfli formatda həyata keçirildi, o qayda ilə də Zəngəzur dəhlizinin reallaşması prosesini həyata keçirməlidirlər. Ermənistan maneəyə çevrilməyə çalışsa, təkcə iqtisadi deyil, siyasi cəhətdən də məğlubiyyətə uğrayacaq. Onu da qeyd etmək lazımdır ki, dəhliz vasitəsilə Azərbaycan Naxçıvanı qazla, elektrik enerjisi ilə, ola bilsin su ilə təmin edəcəkdir.

Bu məsələdə Türkiyə də, öz növbəsində. Zəngəzur dəhlizi məsələsində Azərbaycan və Ermənistan arasında razılığın əldə olunmasını gözləyir və bu layihənin həyata keçirilməsinin bütün region ölkələrinin xeyrinə olacağına inanır.

Dəhliz region iqtisadiyyatının inkişafı üçün böyük imkan yaradacaq, Azərbaycanı Türkiyə və Avropa ölkələri, eləcə də Mərkəzi Asiya ölkələri ilə əlaqələndirəcək. Bir neçə nəqliyyat xəttinin, xüsusilə Şərq-Qərb və Şimal-Cənub yollarının inkişafına gətirib çıxaracaq Zəngəzur dəhlizinin açılması artıq qaçılmazdır və buna nə Ermənistan, nə də havadarı müqavimət göstərə bilməz!

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button