AnalitikaGündəmSiyasət

Azərbaycanın həm regionda, həm də beynəlxalq arenada söz sahibidir

Prezident İlham Əliyevin Donald Trampın dəvəti ilə həyata keçirdiyi Vaşinqton səfəri, diplomatiya tariximizdə mühüm iz buraxacaq hadisələrdən biri oldu. Bu səfər təkcə imzalanan sənədlərlə deyil, həm də regionun gələcək inkişaf trayektoriyasına verdiyi töhfələrlə yadda qaldı.

Vaşinqtonda imzalanan Birgə Bəyannamə, Azərbaycanın bölgədə yaratdığı yeni siyasi reallıqların artıq dünya tərəfindən tanındığının təsdiqidir. ABŞ Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin bir masa ətrafında toplaşaraq sülh sazişini paraflamaları, Cənubi Qafqazda yeni sabitlik dövrünün başlanacağından xəbər verir.

Bu sənəd Azərbaycanın prioritetlərini əks etdirir: ATƏT-in Minsk qrupunun ləğvi, Ermənistanın mövqeyini rəsmiləşdirməsi, Naxçıvana maneəsiz gediş-gəlişin təmin edilməsi və “Tramp Marşrutu” adlanan Zəngəzur dəhlizinin reallaşması. Bu dəhliz yalnız Azərbaycanın iqtisadi maraqlarına deyil, həm də regional tranzit xəritəsinə yeni nəfəs gətirəcək.

Səfər çərçivəsində ikitərəfli münasibətlərdə də mühüm addımlar atıldı. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması, enerji, texnologiya və rəqəmsal sahələrdə əməkdaşlığın inkişafına geniş imkanlar açır. 907-ci düzəlişin ləğvi isə Azərbaycanın ədalətli mövqeyinin ABŞ tərəfindən rəsmən tanınması anlamına gəlir.

Ağ Evdə keçirilən görüşlərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi uzaqgörənlik və qətiyyət, Azərbaycanın həm regionda, həm də beynəlxalq arenada söz sahibinə çevrildiyini bir daha sübut etdi.

Sünbül Həsənquliyeva,
Yeni Azərbaycan Partiyasının fəalı 

 

Oxşar Xəbərlər

Back to top button