
Qazaxıstanın “Kayrat” klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.
“Obyektivxeber.az” xəbər verir ki, Almatı təmsilçisi pley-off mərhələsində “Seltik”i (Şotlandiya) üstələməklə bu uğura imza atıb.
Qlazqoda keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb. Cavab matçının əsas və əlavə vaxtında da hesab açılmadığından qalibi müəyyən etmək üçün penaltilar seriyasına ehtiyac duyulub.
Burada daha dəqiq oynayan “Kayrat” (3:2) qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl Qazaxıstan klublarından turnirin pley-offunu keçmək “Astana”ya (2015/2016) müyəssər olmuşdu.