İdmanGündəm

“İsraillə oyun kabus idi” – Qattuzo

İtaliyanın futbol üzrə yığmasının baş məşqçisi Cennaro Qattuzo komandasının ötən gecə DÇ-2026 Avropa zonası üzrə seçmə mərhələsində İsrail millisinə qarşı 5:4 hesabı ilə qalib gəldiyi oyunla bağlı təəssüratını bölüşüb.

“Obyektivxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, çalışdırıcı oyunun gərgin keçdiyini bildirib.

“Bu gün kabus idi. Rəqib oyunun əvvəlində bizi təəccübləndirdi, amma hər dəfə hesabda irəli getdikcə onlara problemlər yaratdıq. Bu gün biz ən yaxşı formada deyildik və bu, başadüşüləndir. İkinci matçı oynadığınız zaman belə olur.

Qələbə son dərəcə vacib idi. Ancaq asan qollar buraxdıq, bu gülüncdür. Ona görə də bir az əsəbiyik. Amma bu, futbolçuların yox, mənim problemimdir. Vacib bir şeyə nail olmaq istəyiriksə, heyətimlə birgə mütləq təkmilləşməliyik”, – Qattuzo deyib.

Oxşar Xəbərlər

Back to top button