
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Xankəndinə səfərləri Azərbaycan tarixində yeni bir səhifə açdı. Bu səfərlər yalnız siyasi xarakter daşımır, həm də xalqımızın illərlə həsrətini çəkdiyi torpaqlara dönüşün simvolu kimi yadda qalır. Hər addımda dövlətin gücü, qətiyyəti və ədalətin bərpası aydın görünür.
Xankəndi səfərləri zamanı Prezidentin sərgilədiyi möhkəm iradə Azərbaycan xalqına gələcəyə inam verdi. Dövlət başçısı bu torpaqlarda bayrağımızı qaldırmaqla həm hərbi zəfərin, həm də milli qürurun əbədiliyini təsdiqlədi. Xalqın rəhbəri ilə birlikdə yaşadığı bu qürur anları Azərbaycan tarixində silinməz izlər buraxdı.
Bu səfərlər həmçinin quruculuq və inkişafın başlanğıcını müjdələdi. Xankəndidə, digər azad edilmiş ərazilərdə aparılan bərpa işləri dövlətin gələcəyə hesablanmış siyasətinin təzahürüdür. Yol, infrastruktur, sosial obyektlərin inşası xalqın öz torpaqlarına rahat dönüşünü təmin etməyə yönəlib.
Ali Baş Komandanın Xankəndiyə səfərləri gələcək nəsillər üçün bir dərsdir: dövlətin gücü milli birliyin, xalqın əzminin və vətən sevgisinin üzərində qurulur. Bu səfərlər daim xatırlanacaq və qələbənin canlı şahidi kimi tarixdə qalacaq.
YAP Xəzər rayon təşkilatının fəalı
Nigar Cəlalova