AnalitikaGündəmSiyasət

III MDB Oyunlarının ölkəmiz üçün əhəmiyyəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasındakı çıxışı postsovet məkanında əməkdaşlığın inkişafı baxımından mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər. Prezidentin nitqində bir neçə əsas istiqamət-regional inteqrasiya, ikitərəfli əlaqələrin dərinləşməsi, mədəni-humanitar əməkdaşlıq və idman diplomatiyasının rolu ön plana çəkilmişdir.

İlham Əliyev çıxışında ilk olaraq Tacikistanın son illərdə əldə etdiyi sosial-iqtisadi və şəhərsalma nailiyyətlərini yüksək qiymətləndirmiş, iki ölkə arasında formalaşan dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin gələcəkdə daha da güclənəcəyinə əminliyini ifadə etmişdir. Bu məqam, Azərbaycan diplomatiyasının regional əməkdaşlığa verdiyi önəmin göstəricisidir.

Prezident, həmçinin, Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsini xüsusi vurğulamışdır. Bu hadisə təkcə Azərbaycanın deyil, bütün MDB məkanında mədəniyyətlərarası dialoqun güclənməsinə xidmət edir. Laçının işğaldan azad olunmasından sonra sürətli bərpası və şəhərin yenidən mədəni mərkəzə çevrilməsi Azərbaycanın yenidənqurma potensialının və milli irsə bağlılığının nümunəsidir.

Çıxışın mühüm hissələrindən biri də Gəncə şəhərində və Azərbaycanın digər bölgələrində keçirilmiş III MDB Oyunlarına həsr olunmuşdur. Bu tədbir idman vasitəsilə xalqlar arasında dostluq və qarşılıqlı anlayışın möhkəmlənməsinə xidmət edən mühüm humanitar layihədir.

Ümumilikdə, Prezident İlham Əliyevin Düşənbə çıxışı Azərbaycanın MDB çərçivəsində fəal və prinsipial mövqeyə malik olduğunu, həm siyasi, həm mədəni, həm də sosial-humanitar sferalarda regional əməkdaşlığa mühüm töhfələr verdiyini bir daha nümayiş etdirmişdir.

Xəzər rayonunun gənc fəalı
Mustafa Məmmədzadə

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button