
Braziliya millisinin futbolçusu Vinisius Juniorun İspaniyanın “Real” klubundan ayrılmaq istəməsinin səbəbi bəlli olub.
“Obyektivxeber.az” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
İddiaya görə, 25 yaşlı vinger Madrid təmsilçisi ilə vidalaşmağı ciddi şəkildə düşünür.
O, komandaya verdiyi töhfələrin qiymətləndirilmədiyini düşünür, baş məşqçi Xabi Alonso ilə münasibətləri də getdikcə gərginləşir.
Vinisius ispan mütəxəssisin oyun planlarına uyğun gəlmir. Tərəflər arasında münaqişə “Barselona”ya qalib gəldikləri (2:1) La Liqanın X turunun oyunu zamanı daha da şiddətlənib.
Qeyd edək ki, 2018-ci ildən “Real”da çıxış edən futbolçunun müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatmalıdır.



