
İngiltərənin “Tottenhem” klubu futbolçusu Dominik Solanke ilə yollarını ayırmaq istəyir.
“Obyektivxeber.az” Football Insıder” nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Tomas Frank 28 yaşlı hücumçunun çıxışından razı deyil.
Forvardın tez-tez zədələnməsi də buna təsir göstərib.
Qeyd edək ki, Dominik Solanke 2025/2026 mövsümündə üç oyunda meydana çıxıb və qol vura bilməyib. Onun London təmsilçisi ilə 2030-cu ilin yayınadək müqaviləsi var



