AnalitikaGündəmSiyasət

8 Noyabr Azərbaycan xalqının Qürur və Zəfər Günüdür

8 Noyabr Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış bir gündür – bu, Zəfər Günüdür! Bu tarix təkcə torpaqlarımızın azad olunmasının deyil, həm də milli birliyimizin, dövlətimizin qüdrətinin və xalqımızın əzmkar ruhunun rəmzidir.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının illərlə gözlədiyi ədalətin bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu “Dəmir yumruq” kimi birləşərək düşməni diz çökdürdü, torpaqlarımızı azad etdi. 2020-ci ilin 8 noyabrında Şuşanın azad olunması ilə bu mübarizə öz zirvəsinə çatdı. Şuşa zəfəri həm hərbi, həm də mənəvi baxımdan Azərbaycanın qələbəsinin simvoluna çevrildi.

Zəfər Günü təkcə qələbə sevinci deyil, həm də şəhidlərimizə dərin ehtiram günüdür. Onların göstərdiyi qəhrəmanlıq, Vətən uğrunda canlarını fəda etmələri sayəsində bu torpaqlarda azadlıq və qürur hissi yaşayırıq. Hər bir azərbaycanlı bu qələbənin arxasında duran igidlərin ruhu qarşısında baş əyir.

Bu gün müstəqil, qalib, güclü Azərbaycanın vətəndaşı olmaq hər birimiz üçün böyük fəxrdir. Zəfər Günü bizə həm tariximizi unutmamağı, həm də gələcəyə inamla baxmağı öyrədir. Qalib xalqın övladları kimi biz bu qələbəni daim qoruyacaq, onu gələcək nəsillərə qürurla ötürəcəyik.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button