AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurət idi

Siyasi meydanın lideri və cəmiyyətin aparıcı qüvvəsi ulu öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qisa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. O, cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin,bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, milli azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Öz əməlləri ilə xalqın və dövlətin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalq ona görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir. Zəfərimiz yeni tarixi reallıqlar yaratmışdır. Ölkəmizin qarşısında yeni strateji vəzifələr müəyyən edilmişdir. Həmin vəzifələrin icra edilməsi üçün ölkənin siyasi sisteminin mərkəzi elementi olan YAP-ın üzərinə böyük məsuliyyət düşür. Məhz bu məsuliyyətdən irəli gələrək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 2021-ci ilin 5 mart tarixində YAP-ın VII qurultayı keçirildi. Qurultayın qəbul etdiyi qərarlar partiyanın yeni tarixi dövrdə çevikliyi və dinamizminin daha da artırılması, onun icra mexanizmlərinin təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir.
Beləliklə, ulu öndər Heydər Əliyev dühasının məhsulu olan və müasir Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında misilsiz xidmətlərə imza atan Yeni Azərbaycan Partiyası öz müzəffər liderinin-Prezident İlham Əliyevin rəhbərliyi altında yeni tarixi vəzifələrin icrası prosesinə böyük töhfələr vermək niyyətində və iqtidarındadır. Bu, ilk növbədə, 30 illik erməni işğalından azad edilmiş Qarabağın bərpası və yenidən qurulması kimi tarixi missiyanın icrası, habelə uğurlarımızın təminatında müstəsna əhəmiyyətə malik olan siyasi dialoq mühitinin qorunması və dərinləşdirilməsi prosesinə yüksək səviyyəli dəstəyin verilməsi anlamını özündə ehtiva edir.
Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız! Yaşasın Yeni Azərbaycan Partiyası!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

İslamova Günay,
Xəzər rayonu, 324№li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button