
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının birgə təşkilatçılığı ilə ssenari müəllifi Füzuli Sabiroğlunun olduğu “Silinən izlər. Azərbaycan İrəvanı” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Qərbi Azərbaycan İcması Aparat rəhbəri Qalib Qasımov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədri Elxan Hüseynov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Arif Qaraşov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov, Qərbi Azərbaycan İcmasının Yasamal rayon nümayəndləyinin sədri, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin direktoru Xalid Niyazov, “ARB24” telekanalının icraçı direktoru Radik İsmayılov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Qərbi Azərbyacan İcmasının üzvləri, rayon üzrə ali təhsil müəssisələrində təhsil alan gənclər və media nümayəndələri iştirak edib.
Təqdimat mərasimin rəsmi hissəsindən öncə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.
YAP Yasamal rayon təşkilatında baş tutan təqdimat mərasimində ilk öncə Ulu öndər Heydər Əliyevin, Respublikamızın suverenliyi və ərazi bötövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.
Ssenari müəllifi Füzuli Sabiroğlunun olduğu “Silinən izlər. Azərbaycan İrəvanı” adlı sənədli filmi nümayiş olunub.
Çıxış edən “Silinən izlər. Azərbaycan İravanı” adlı sənədli filmin ssenari müəllifi Fizuli Sabiroğlu qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kurs və Prezident İlham Əliyevin qətiyyətli siyasəti Qərbi Azərbaycana qayıdış ideyasını milli məqsəd və tarixi ədalətin bərpasına yönəlmiş mühüm dövlət siyasətinə çevirmişdir. Bununla bağlı olaraq “Silinən izlər. Azərbaycan İrəvanı” sənədli filmi də mühüm əhəmiyyətə malikdir. Sənədli film qədim İrəvan şəhərinin əsrlər boyu Azərbaycan türklərinin yaşayış məkanı olduğunu tarixi mənbələr, arxiv materialları və elmi faktlarla nümayiş etdirir. Ekran əsərində vaxtilə Azərbaycan xalqının maddi və mənəvi izlərini daşıyan məscidlərin, məhəllələrin, qəbiristanlıqların və memarlıq abidələrinin, maddi mədəniyyət abidələri haqqında eləcə də onların sistemli şəkildə məhv edilməsi araşdırılır. Sənədli film yalnız keçmişin xatırladılması ilə bahəm həm də tarixə qarşı aparılan saxtalaşdırma siyasətinə qarşı faktlarla verilən ciddi bir cavab kimi diqqət çəkir. “Silinən izlər. Azərbaycan İrəvanı” filmi milli yaddaşın qorunması, tarixi ədalətin bərpası və gələcək nəsillərə həqiqətlərin çatdırılması baxımından böyük ideoloji və ictimai əhəmiyyət daşıyan sənədli əsərdir.
Çıxış edən Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədri Elxan Hüseynov bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyası Azərbaycan xalqının tarixi yaddaşına, milli kimliyinə və ədalət prinsipinə əsaslanan mühüm strateji xəttdir. Bu istiqamətdə siyasi və ideoloji əsasların formalaşmasında Ümummilli Lider Heydər Əliyev müstəsna rol oynamış, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsini daim dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqətdə saxlamışdır. Ulu Öndərin müəyyən etdiyi milli dövlətçilik strategiyası tarixi ədalətin bərpası və soydaşlarımızın doğma yurdlarına qayıdış ideyasını gələcək nəsillər üçün mühüm vəzifə kimi müəyyənləşdirmişdir. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə yüksəldilmişdir. Dövlət başçısının rəhbərliyi ilə Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının beynəlxalq müstəvidə tanıdılması və onların dinc, təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Bu istiqamətdə hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyası soydaşlarımızın doğma yurdlarına beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, sülh yolu ilə qayıdışını nəzərdə tutur. Bu yanaşma Azərbaycanın humanist və ədalətli dövlət siyasətinin parlaq ifadəsidir. Bu baxımdan da Silinən izlər. Azərbaycan İrəvanı” adlı sənədli filmi qlobal miqyasda mühüm əhəmiyyətə malikdir. Çıxışın sonunda filmin ərsəyə gəlməsində əməyi olanlara, eləc də filmin təqdimat mərasimin təşkilinə görə YAP Yasmal rayon təşkilatına minnətdarlıq ifadə olunub.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.





























