AnalitikaGündəmSiyasət

Bakı görüşünün siyasi əhəmiyyəti  

 

2026-cı il martın 11-də Bakıda AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev iləAvropa İttifaqı Şurasının Prezidenti Antonio Costaarasında keçirilən görüş səsləndirilən birgəbəyanatlar Azərbaycan ilə Avropa arasındamünasibətlərin inkişafında mühüm siyasi hadisə kimiqiymətləndirilir. Bu səfər təkcə diplomatik protokolxarakteri daşımırdı; eyni zamanda regionda sabitlik, enerji təhlükəsizliyi geosiyasi əməkdaşlıqbaxımından strateji əhəmiyyət kəsb edən mühüm siyasidialoq platforması kimi diqqət çəkdi.

Bakı görüşü bir daha göstərdi ki, Azərbaycan Avropa strukturları arasında münasibətlər qarşılıqlıhörmət, praqmatik əməkdaşlıq ortaq maraqlarüzərində qurulmuşdur. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, regional sabitlik siyasi dialoqməsələləri tərəflərin gündəliyində əsas mövzulardanbiri olaraq qalır.

Azərbaycan ilə Avropa institutları arasındamünasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyəqədəm qoymuşdur. Bu münasibətlər siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi regionalsabitlik kimi mühüm sahələri əhatə edir.

Cənab Prezident İlham Əliyev çıxışında qeyd etmişdirki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır butərəfdaşlıq qarşılıqlı faydalı prinsiplər üzərindəqurulub. Avropa ölkələri üçün enerji təhlükəsizliyinintəmin olunmasında Azərbaycanın rolu getdikcə dahada artır. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi Avropaya qaz ixracının genişləndirilməsi Avropaölkələrinin enerji mənbələrinin şaxələndirilməsindəmühüm rol oynayır.

Eyni zamanda, Azərbaycan Avropa ilə Asiya arasındayerləşən mühüm geostrateji mövqeyi sayəsindəbeynəlxalq nəqliyyat logistika sistemində vacibhalqaya çevrilmişdir. Bu baxımdan Orta Dəhlizlayihəsi Avropa ilə Asiya arasında yeni ticarət iqtisadi əlaqələrin inkişafına təkan verir.

Bu proseslər Azərbaycanın regionda yalnız enerjitəchizatçısı deyil, həm strateji iqtisadi siyasitərəfdaş kimi mövqeyini gücləndirir.

Cənab Prezident İlham Əliyev Bakı görüşü zamanıvurğulamışdır ki, Azərbaycan ilə Avropa strukturlarıarasında münasibətlər hazırda fəal tərəfdaşlıqmərhələsindədir. Bu tərəfdaşlıq yalnız dövlət başçılarısəviyyəsində dialoqla məhdudlaşmır, eyni zamandahökumətlərarası komissiyalar, parlamentlərarasıəməkdaşlıq, iqtisadi forumlar müxtəlif beynəlxalqplatformalar vasitəsilə davam etdirilir.

Bu gün Azərbaycan ilə Avropa arasında əməkdaşlıqaşağıdakı istiqamətlərdə aktiv şəkildə inkişaf edir. Enerji enerji təhlükəsizliyi, nəqliyyat, logistikainfrastrukturu, rəqəmsal iqtisadiyyat, innovasiya, təhsil elmi əməkdaşlıq, humanitar mədəni əlaqələr.

Bu sahələr üzrə həyata keçirilən layihələr Azərbaycanilə Avropa arasında əlaqələrin daha dərin çoxşaxəlixarakter aldığını göstərir. Tərəflər qarşılıqlı maraqlarəsasında əməkdaşlığı genişləndirməklə həm iqtisadiinkişafı, həm siyasi dialoqu gücləndirməyəçalışırlar.

Bakı görüşündə müzakirə olunan əsas mövzulardanbiri Cənubi Qafqaz regionunda davamlı sülhüntəmin olunması məsələsi idi. Cənab Prezident İlhamƏliyev çıxışında qeyd etmişdir ki, əgər tərəflər siyasiiradə nümayiş etdirər sülhə sadiq qalsalar, bu, dövlətlər xalqlar arasında barışığın ən mühümgöstəricisi olacaqdır.

Bu yanaşma regionda uzunmüddətli sabitliyin inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyətkəsb edir. Sülh əməkdaşlıq mühiti yeni iqtisadilayihələrin həyata keçirilməsi, kommunikasiyaxətlərinin açılması regional inteqrasiyanıngüclənməsi üçün geniş imkanlar yaradır.

Avropa tərəfi regionda sabitliyin dialoqun təşviqedilməsinin vacibliyini vurğulayaraq, Cənubi Qafqazdadavamlı sülhün bərqərar olunmasına dəstəkgöstərdiyini bildirmişdir.

Bakı görüşünün ən mühüm nəticələrindən biri cənabPrezident İlham Əliyev Avropa İttifaqı ŞurasınınPrezidenti Antonio Koştanın birgə mətbuat bəyanatıoldu. Bu bəyanat tərəflər arasında əməkdaşlığıngələcək istiqamətlərini müəyyən edən mühüm siyasimesaj kimi qiymətləndirilir.

Birgə bəyanatda aşağıdakı əsas məsələlər xüsusivurğulanmışdır: Azərbaycan ilə Avropa arasında siyasidialoqun genişləndirilməsi, Enerji sahəsində stratejitərəfdaşlığın möhkəmləndirilməsi, Nəqliyyat logistika layihələrinin inkişafı, Regional təhlükəsizlik sabitliyin təşviqi, Yeni iqtisadi texnolojiəməkdaşlıq imkanlarının araşdırılması.

Bu bəyanat tərəflərin qarşılıqlı hörmət, suverenlik beynəlxalq hüquq prinsipləri əsasında əməkdaşlığıdavam etdirmək niyyətini bir daha təsdiqlədi.

2026-cı il martın 11-də Bakıda keçirilən görüşAzərbaycan ilə Avropa strukturları arasındamünasibətlərin yeni mərhələyə qədəm qoyduğununümayiş etdirdi. Cənab Prezident İlham Əliyev Antonio Koşta arasında aparılan danışıqlar tərəflərinəməkdaşlığı genişləndirmək regional sabitliyə töhfəvermək niyyətini açıq şəkildə ortaya qoydu.

Bu görüş göstərdi ki, Azərbaycan regionda etibarlıtərəfdaş mühüm geosiyasi aktor kimi Avropa üçünstrateji əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi, nəqliyyat marşrutları siyasi dialoq sahələrindəəməkdaşlığın genişləndirilməsi isə gələcəkdəAzərbaycan-Avropa münasibətlərinin daha damöhkəmlənəcəyini göstərir.

Əgər tərəflər qarşılıqlı etimad, siyasi iradə sülhəsadiqlik prinsiplərinə əsaslanan siyasəti davametdirərlərsə, bu əməkdaşlıq təkcə Azərbaycan iləAvropa arasında deyil, bütövlükdə regionda sabitlik inkişaf üçün mühüm töhfə verəcəkdir.

Nicat İsmayılov,
YAP Yasamal rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button