AnalitikaGündəmSiyasət

Bakı ilə Brüssel arasında strateji tərəfdaşlıq

Bakıda İlham Əliyev ilə António Costa arasında baştutan görüş sonradan verilən bəyanatlar Azərbaycanilə Avropa İttifaqı arasındakı münasibətlərin stratejixarakter daşıdığını bir daha nümayiş etdirdi. Azərbaycan Prezidenti cənabİlham Əliyevin çıxışı həmdiplomatik baxımdan, həm regional qlobal siyasiproseslər fonunda diqqət çəkən məqamlarla zənginidi.Ölkə Prezidenti çıxışında Avropa İttifaqı ŞurasınınPrezidentini Bakıda qəbul etməkdən məmnunolduğunu bildirdi tərəflər arasında davam edənsiyasi dialoqun əhəmiyyətini vurğuladı. Son bir ilərzində iki liderin bir neçə dəfə görüşməsi AvropaKomissiyası nümayəndələrinin Azərbaycana mütəmadisəfərləri Bakı ilə Brüssel arasında əməkdaşlığıngetdikcə daha da fəallaşdığını göstərir. Bu dinamikasübut edir ki, tərəflər arasındakı münasibətlər yalnızformal diplomatik əlaqələrdən ibarət deyil, real siyasi iqtisadi gündəliyə əsaslanır. Cənab Prezident İlhamƏliyevin sözlərinə görə, qarşılıqlı səfərlər aparılanmüzakirələr tərəfdaşlığın daha da möhkəmlənməsiüçün vacib zəmin yaradır.

Çıxışda iqtisadi əməkdaşlıq məsələlərinə geniş yerayrıldı. Statistik məlumatlara əsasən, bu ilin yanvarayında Azərbaycanın xarici ticarət dövriyyəsininyarıdan çoxu Avropa İttifaqı ilə əlaqəli olub. Bu faktBrüsselin Azərbaycanın iqtisadi həyatında aparıcıtərəfdaşlardan biri olduğunu açıq şəkildə göstərir. Azərbaycan Avropaya yalnız enerji resursları ixracedən ölkə kimi deyil, həm müxtəlif investisiyalayihələrində iştirak edən etibarlı tərəfdaş kimi çıxışedir. Qarşılıqlı sərmayə qoyuluşu yeni layihələrinhəyata keçirilməsi tərəflər arasında iqtisadiəməkdaşlığın daha da genişlənəcəyindən xəbər verir.

Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin ənmühüm istiqamətlərindən biri enerji sektorudur. CənabPrezident İlham Əliyev çıxışında bildirdi ki, enerjisahəsində əməkdaşlıq uzun müddətdir tərəfdaşlığınəsas sütunlarından biridir gələcəkdə prioritetolaraq qalacaq. Xüsusilə 2022-ci ildə AvropaKomissiyası ilə imzalanmış strateji enerji tərəfdaşlığısənədindən sonra Azərbaycan qazının Avropa bazarınaçıxışı daha da genişlənib. Hazırda Avropa İttifaqının onüzv dövləti Azərbaycandan qaz alır ümumilikdə 16 ölkə Azərbaycan qazından istifadə edir. Bu faktAzərbaycanın Avropanın enerji təhlükəsizliyində artanrolunu açıq şəkildə nümayiş etdirir. Dövlət başçısıəlavə etdi ki, yeni yataqların istismara verilməsi iləyaxın illərdə qaz hasilatının əhəmiyyətli dərəcədəartırılması planlaşdırılır.

Cənab Prezident İlham Əliyev çıxışında bərpa olunanenerji sahəsində həyata keçirilən layihələrə toxundu. Azərbaycan günəş, külək su enerjisi potensialınamalik ölkələrdən biri hesab olunur. Dövlət başçısınınsözlərinə görə, yaxın beş-altı il ərzində ölkə ixracməqsədilə 6–8 giqavat həcmində yaşıl enerji istehsaletməyi planlaşdırır. Xəzər regionunun təbii imkanlarıbu planların həyata keçirilməsi üçün genişperspektivlər yaradır. Günəşli küləkli günlərinçoxluğu alternativ enerji layihələrinin inkişafınaəlverişli şərait formalaşdırır. Bu isə Azərbaycanıngələcəkdə Avropanın yaşıl enerji bazarında mühümtərəfdaşlardan birinə çevrilməsi üçün böyük imkanlaryaradır.

Dövlət başçısının çıxışında regional nəqliyyatlayihələri diqqət mərkəzində idi. Xüsusilə OrtaDəhliz layihəsinin inkişaf etdirilməsi Avropa ilə Asiyaarasında ticarət əlaqələrinin genişlənməsinə yeniimkanlar açır. Azərbaycan bu layihə vasitəsilə qloballogistika sistemində daha vacib mövqe qazanır. Enerji yük daşımalarının bu marşrut üzərindən həyatakeçirilməsi həm regionun iqtisadi potensialını artırır, həm Avropa üçün alternativ tranzit imkanlarıyaradır. Cənab Prezident İlham Əliyev çıxışındaErmənistanla aparılan sülh prosesinə toxundu. Onunsözlərinə görə, uzun illər davam edən münaqişədənsonra regionda sabitliyin sülh mühitininformalaşması yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan artıq Ermənistana neft məhsullarınınçatdırılmasına başlayıb digər ölkələrdən gələnyüklərin Azərbaycan ərazisi vasitəsilə Ermənistanatranziti üçün bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu addımlar regionda qarşılıqlı etimadınformalaşdırılması baxımından mühüm addımlar kimiqiymətləndirilir. Dövlət başçısı vurğuladı ki, sülhyalnız imzalanmış razılaşmalarla deyil, həm konkretaddımlar praktiki əməkdaşlıq vasitəsiləmöhkəmlənir.

Bakıda keçirilən görüş səsləndirilən bəyanatlargöstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasındamünasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur. Enerji təhlükəsizliyi, ticarət əlaqələri, yaşıl enerjilayihələri nəqliyyat dəhlizləri bu tərəfdaşlığın əsasistiqamətlərini təşkil edir. Cənab Prezident İlhamƏliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycanregional sabitliyin təmin edilməsi, iqtisadiəməkdaşlığın genişləndirilməsi Avropa ilə stratejitərəfdaşlığın gücləndirilməsi istiqamətində fəal siyasətyürüdür.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button