AnalitikaGündəmSosial

Azərbaycan Dövlət Ehtiyatları Agentliyində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Ehtiyatları Agentliyində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini və Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətindəki misilsiz xidmətlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin departament müdiri, “Heydər Əliyev prospekti, 152” ərazi partiya təşkilatının sədri Əhməd Talıbov və digər natiqlər 15 İyun – Milli Qurtuluş Gününün xalqımızın taleyində müstəsna yer tutduğunu vurğulayıblar. Bildirilib ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanma və vətəndaş qarşıdurması təhlükəsindən xilas edərək ölkədə sabitliyin, inkişafın və dövlət quruculuğunun əsasını qoyub. Qeyd olunub ki, bu gün Azərbaycan Ulu Öndərin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində yeni nailiyyətlərə imza atır.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.

Oxşar Xəbərlər

Back to top button