AnalitikaGündəmOrdu

“Xalq-ordu birliyi Azərbaycan xalqının qüdrətinin rəmzidir”

Azərbaycan tarixinə nəzər salsaq, görərik ki, ölkəmizdə orduquruculuğu prosesi bir sıra mühüm mərhələlərdən keçmişdir.

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş AzərbaycanXalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədəordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbihissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. MüsəlmanKorpusunun adının dəyişdirilməsi və Əlahiddə AzərbaycanKorpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılmasıistiqamətində mühüm addım idi.

Lakin Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə orduquruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsnaxidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanmasıprosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük çətinliklərəbaxmayaraq, Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbiliseyin yaradılmasına nail oldu. Azərbaycan müstəqilliyini bərpaedəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb orduquruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu ÖndərHeydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı AliBirləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilikməktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbiməktəblərinə güzəştli şərtlərlə qəbul edilməsi mümkün oldu.

1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqıntələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğuistiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqdamüqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusununformalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasətnəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatınınyaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığınınartırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqətayrıldı.

Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimiləğv olunub , onun maddi – texniki bazası əsasında iki müstəqilinstitut yaradılıb : Hərbi Elmi Tədqiqat İnstitutu , Hərbiİdarəetmə İnstitutu . Heydər Əliyev adına Azərbaycan Ali HərbiMəktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimidavam etdirəcək . Azərbaycan Ordusunun Təlim və TədrisMərkəzi , Cəmşid Naxçıvanski adına Hərbi Lisey və HeydərƏliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinintabeliyinə verilib . Ermənistanın işğalçı siyasətinin dünyadatanıdılması istiqamətində uğurlu diplomatik iş aparan MüzəffərAli Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020 – ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətənmüharibəsində ölkəmiz düşmən üzərində qələbə çalaraq tarixinailiyyətə imza atdı . Qəhrəman hərbçilərimizin şücaəti ,rəşadəti hesabına , şəhidlərimizin qanı – canı bahasına bütündünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu . Füzuli ,Hadrut , Cəbrayıl , Zəngilan , Qubadlı , Şuşa , Kəlbəcər , Ağdam, Laçın və adıçəkilən rayonların 300 – dən çox yaşayış məntəqəsiazad edildi . Düşmənin kapitulyasiyası ordumuzun gücühesabına əldə olunmuş nəticədir . 44 gün ərzində müntəzəmsurətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlərin ,təhdidlərin olmasına rəğmən , Azərbaycan zəfər çaldı . MüzəffərAli Baş Komandan bununla tarixi ədaləti bərpa etdi .Bu günqürurla deyə bilərik ki , Vətən müharibəsi günlərindəOrdumuzun qüdrətini artıran xalq – ordu birliyi , ” Dəmiryumruq ” Azərbaycan xalqının birliyinin rəmzidir . Bu birlikgələcəkdə də bütün vəzifələri icra etmək üçün ən mühüm əsasdır.

Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davametdirən Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrinmaddi – texniki təchizatının yenilənməsinə , müasirinfrastrukturun yaradılmasına , hərbi qulluqçuların sosialmüdafiəsinə , mənzil təminatının yaxşılaşdırılmasına , həmçininmüdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusidiqqət yetirilir . Azərbaycanda son illərdə formalaşan vədinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbitexnika , zirehli maşınlar , pilotsuz uçuş aparatları , atıcı silahlaristehsal olunur . Azərbaycan öz zavodlarında istehsal etdiyihərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədətəchiz edə bilir . Silah və hərbi texnikaların satın alınması vəhərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələrimzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib . Bu günQafqazda ən müasir ordu hesab olunan Azərbaycan MilliOrdusu Hərbi Hava və Hava Hücumundan Müdaf Dəniz vəQuru qoşunlarından ibarətdir . Sözügedən qoşun növləripotensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektivmübarizə aparmaq iqtidarındadır .MDB çərçivəsindəAzərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik əngüclü ölkələrdən sayılır . Buna müvafiq olaraq büdcə vəsaitiildən – ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin imkanları dagenişlənir . Müzəffər Ordumuzun Vətən müharibəsindəqazandığı Zəfər ordu quruculuğunda müəyyən islahatlarışərtləndirdi . Azərbaycan Respublikası Prezidentinin tapşırığı iləordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı .Bundan əlavə , Azərbaycan Ordusunun Türkiyə SilahlıQüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətindəhəyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsindəidarəetmənin təkmilləşdirilməsi məqsədilə cari ildə MilliMüdafiə Universiteti yaradıldı . Milli Müdafiə Universitetininbaşlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbitəhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrəixtisaslı kadrlar hazırlamaqdır . Bununla yanaşı , AzərbaycanRespublikası Prezidentinin 2022 – ci il 5 mart tarixli Fərmanı ilə” Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı ” ndadəyişikliklər edilib .

Ulu Öndər Heydər Əliyevin 22 may 1998 – ci il tarixli Fərmanıilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyunAzərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunduvə hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir . 1999 – cu il fevralın 20 – də isə Ulu Öndər Heydər Əliyev hərbi təhsilsisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə HərbiAkademiyanın yaradılması haqqında Fərman imzaladı .Akademiyanın təsis olunması hərb sahəsində milli kadrehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeniinkişaf mərhələsi sayıla bilər . Heydər Əliyevin 20 avqust 2001 – ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığınıntəkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemindəfəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan AliHərbi Məktəbi , Azərbaycan Hərbi Dənizçilik Məktəbi vəAzərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.Ölkəmiz müstəqillik illərində ordu quruculuğu prosesinə dahaböyük əhəmiyyət verərək NATO ilə əməkdaşlığa başladı . Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı orduquruculuğu prosesinin təkmilləşdirilməsinə , SilahlıQüvvələrimizin modernləşdirilməsinə , müasir standartlarauyğunlaşdırılmasına səbəb oldu . Ulu Öndərin uzaqgörənsiyasəti nəticəsində 1994 – cü ilin əvvəllərində AzərbaycanNATO – nun ” Sülh naminə tərəfdaşlıq ” proqramına , buəməkdaşlığın davamı olaraq 1996 – cı ildə ” Planlaşdırma vəanaliz prosesi ” proqramına , 2001 – ci ildə isə ” FərdiTərəfdaşlıq üzrə Əməliyyat Planı ” na qoşuldu . İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digərikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbiyenilikləri mənimsədilər . Beynəlxalq sülhməramlı qüvvələrintərkibində Kosovoda , Əfqanıstanda və İraqda zəngin təcrübəqazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıranAzərbaycan Ordusu modern orduya çevrildi . Bu gün ölkəmizinMüdafiə Sənayesi Nazirliyində 400 – dən çox müdafiə təyinatlıməmulatın istehsalının həyata keçirilməsi Azrbaycanın hərbiqüdrətinin artmasının mühüm göstəricilərindəndir .

Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button