Gündəm

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur, şərəf və qəhrəmanlıq tarixini əks etdirən ən əlamətdar günlərdən biridir. Güclü ordu hər bir müstəqil dövlətin əsas dayağı, xalqın təhlükəsizliyinin və suverenliyinin təminatıdır.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək ordumuzu dünyanın ən güclü orduları sırasına yüksəldib. Son illərdə həyata keçirilən hərbi islahatlar, peşəkar kadr hazırlığı və müasir silahlarla təminat Azərbaycan Ordusunun qüdrətini daha da artırıb.

2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər Azərbaycan əsgərinin qəhrəmanlığını, xalqımızın birliyini və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin şücaəti və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

Bu gün hər bir azərbaycanlı öz qalib ordusu ilə fəxr edir. Gənc nəsil olaraq dövlətimizə, ordumuza və milli dəyərlərimizə sadiq qalmaq, şəhidlərimizin əziz xatirəsini daim uca tutmaq hər birimizin vətəndaşlıq borcudur.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, qazilərimizi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrini dərin ehtiramla təbrik edir, Azərbaycan Ordusuna daim yeni uğurlar arzulayıram.

Yaşasın qalib Azərbaycan Ordusu! Yaşasın müstəqil və qüdrətli Azərbaycan!

Şahzadə Abdurehmanova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button