Gündəmİqtisadiyyat

ABŞ-nin sutkalıq neft istehsalı 13,86 milyon barelə çatıb

Birləşmiş Ştatların xam neft hasilatı artır.

Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

EIA-ya görə, ötən hesabat həftəsində ABŞ-nin neft hasilatı 50 min barel artaraq sutkada orta hesabla 13 milyon 860 min barel olub.

Keçən həftə ABŞ-nin neft idxalı da əvvəlki həftəyə görə 351 min barel artaraq sutkalıq 5 milyon 629 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 746 min barel geriləyərək gündəlik 3 milyon 262 min barel təşkil edib.

Cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 780 min barel olacağı gözlənilir.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button