
Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniyaya səfəri əsnasında bağlantılar və tranzit imkanları ilə bağlı əməkdaşlığın çox böyük əhəmiyyəti xüsusi qeyd edilmişdir. Almaniya şirkətləri bu istiqamətdə qlobal miqyasda böyük uğurlar əldə ediblər.
Öz növbəsində, Azərbaycan nəqliyyat infrastrukturunu sürətlə təkmilləşdirərək beynəlxalq tranzit qovşağına çevrilmişdir. Ötən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olan Azərbaycan Orta Asiya ilə Avropa arasında mühüm bir körpü rolunu oynayır.
Bu körpü rolunun gələcəkdə getdikcə daha da artacağı proqnozlaşdırılır. Səfər zamanı imzalanmış sənədlərin icrası və konkret fəaliyyət planları sayəsində hər iki ölkənin nəqliyyat sektorunda əlaqələri yeni mərhələyə qalxacaqdır.
Aytən İsmayılova,
YAP Nizami rayon təşkilatının fəalı



