
Azərbaycan və Qırğızıstan arasındakı qardaşlıq əlaqələri yalnız siyasi sferada deyil, həm də turizm və infrastruktur layihələrində özünü qabarıq şəkildə göstərir. Bu istiqamətdə ən qürurverici addımlardan biri İssık-Kul gölünün sahilində inşa edilən ilk beşulduzlu hotelin məhz Azərbaycan dövlətinin vəsaiti hesabına ərsəyə gəlməsidir. Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan bu hotel xüsusi mənəvi əhəmiyyət daşıyır.
İstirahət mərkəzinin “Bakı” adını daşıması ölkəmizin paytaxtına olan ehtiramın və iki xalq arasındakı doğmalığın rəmzidir. Bu möhtəşəm infrastruktur layihəsi həm də Qırğızıstanın turizm potensialının inkişafına birbaşa və çox sanballı töhfədir. Dövlət başçılarının birgə qərarı ilə həyata keçirilən bu təşəbbüs investisiya əməkdaşlığımızın ən uğurlu nümunələrindəndir.
Belə layihələr təkcə iqtisadi gəlir gətirmir, eyni zamanda vətəndaşlarımızın gediş-gəlişini, mədəni mübadiləsini və bir-birini daha yaxından tanımasını təmin edir. “Bakı” hoteli uzun illər boyu İssık-Kul sahilində Azərbaycan-Qırğız dostluğunun əbədi abidəsi kimi fəaliyyət göstərəcək.
Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı



