AnalitikaDünyaGündəmSiyasət

Qarabağın Bərpasında Qırğız Qardaşlığı: Ağdamda “Manas” Məktəbi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan nəhəng bərpa və quruculuq işlərində türk dünyasının, xüsusən də Qırğızıstanın dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev Qırğızıstana dövlət səfəri zamanı bu dəstəyə görə bir daha dərin minnətdarlığını ifadə etdi. Qarabağın bərpası prosesi xalqlarımızın sarsılmaz birliyinin növbəti sınağı və təntənəsidir.

Bu qardaşlığın ən gözəl rəmzlərindən biri Ağdam rayonunda qırğız xalqının dastan qəhrəmanı “Manas”ın adını daşıyan məktəbin inşa edilməsidir. Dövlət başçılarının birgə iştirakı ilə açılışı olan bu təhsil ocağı, 30 il ərzində erməni işğalından böyük zərər çəkmiş Qarabağımızın bərpası işinə qırğız xalqının verdiyi çox qiymətli bir töhfədir.

“Manas” məktəbi təkcə bilik ocağı deyil, həm də gələcək nəsillərə qardaşlıq və həmrəylik dərsi keçəcək bir mənəviyyat mərkəzidir. Bu məktəbdə təhsil alacaq azərbaycanlı gənclər qırğız xalqının bu fədakarlığını və sevgisini hər zaman böyük ehtiramla xatırlayacaqlar.

Aytən İsmayılova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button