GündəmTexnologiya

Sem Altman süni intellektin insan nəzarətindən kənarda yaranmasının mümkünlüyünü güman edib

“OpenAI”ın baş direktoru Sem Altman süni intellektin insan nəzarətindən kənarda yaranma ehtimalını güman edib.

Aktualinfo Media Qrup xəbər verir ki, o, bu barədə “Fortune” jurnalına müsahibəsində bildirib.

“İnsan nəzarətindən kənar sistemi yaratmağın mümkün olduğuna inanırammı? Əlbəttə. Amma düşünmürəm ki, bu, bizim davam etdirməli olduğumuz bir şeydir”, – Altman deyib.

Onun sözlərinə görə, Amerikanın ən böyük süni intellekti şirkətlərinin liderləri texnologiyanın inkişaf tempini tənzimləmək barədə razılığa gələ bilər. Altman qeyd edib ki, bu cür müzakirələr artıq özəl şəkildə aparılır.

Daha əvvəl “Anthropic”in baş direktoru Dario Amodei aparıcı süni intellekti şirkətlərinin potensial riskləri qiymətləndirmək üçün vaxt qazanmaq üçün ən güclü modellərinin inkişafını əlaqələndirilmiş şəkildə yavaşlatmasını təklif edib. İdeya Altman və amerikalı sahibkar İlon Mask tərəfindən dəstəklənib.

Oxşar Xəbərlər

Back to top button