AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyev və “Dəmir Yumruq” Həqiqəti

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və uzaqgörən strategiyası 20 Sentyabr Dövlət Suverenliyi Gününün ən mühüm hərəkətverici qüvvəsidir. Otuz illik işğal dövründə xalqımızı Zəfərə hazırlayan, iqtisadi və hərbi potensialımızı gücləndirən dövlət başçısı, 2020-ci ildəki tarixi qələbədən sonra da prosesləri zərgər dəqiqliyi ilə idarə etdi. Həlledici antiterror tədbirləri üçün ən doğru tarixi anın seçilməsi və beynəlxalq şəraitin düzgün qiymətləndirilməsi məhz İlham Əliyevin nadir siyasi zəkasının məhsuludur.

2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər olan dövr ərzində Prezident İlham Əliyev beynəlxalq təzyiqləri diplomatik ustalıqla dəf edərək, Qarabağdakı qanunsuz birləşmələrin tərksilah edilməsi üçün ardıcıl addımlar atdı. Onun nümayiş etdirdiyi səbr və siyasi iradə Azərbaycanın haqlı mövqeyini bütün dünyaya qəbul etdirdi. Sentyabrın 19-da verilən əmr, artıq diplomatik yolların tükəndiyi anda atılan ən zəruri və legitim hərbi addım idi.

Cəmi 23 saat çəkən əməliyyatın gedişatına birbaşa nəzarət edən Ali Baş Komandan, mülki əhaliyə heç bir zərər vurmamaq tapşırığı ilə Azərbaycanın yüksək humanist dəyərlərini dünyaya nümayiş etdirdi. Onun rəhbərliyi altında Rəşadətli Ordumuz qarşıya qoyulan bütün hədəfləri dəqiqliklə məhv edərək xuntanı ağ bayraq qaldırmağa məcbur etdi. Bu hadisə hərb tarixinə ən sürətli və effektiv əməliyyatlardan biri kimi düşdü.

Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabrın Dövlət Suverenliyi Günü elan edilməsi onun müasir Azərbaycan dövlətçilik tarixinə vurduğu ən böyük möhürdür. O, təkcə torpaqları işğaldan azad edən sərkərdə kimi deyil, eyni zamanda Azərbaycanın bütövlüyünü və suverenliyini əbədi olaraq təmin edən qüdrətli Lider kimi adını qızıl hərflərlə tarixə yazdırdı.

Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button