AnalitikaGündəmSiyasət

Şuşa Bəyannaməsindən 20 Sentyabra: Strateji Planlaşdırmanın Qələbəsi

Müasir Azərbaycan tarixinin ən parlaq səhifələrindən olan 20 sentyabr Zəfəri heç də ani qəbul edilmiş qərarların deyil, dərin ardıcıllıqla işlənmiş strateji planlaşdırmanın məntiqi nəticəsidir. Bu yol 2020-ci ildə Şuşanın azad edilməsi və daha sonra müttəfiqlik əlaqələrinin rəsmiləşməsi ilə başlamış, 2023-cü ilin antiterror tədbirləri ilə tam olaraq yekunlaşmışdır. Bu möhtəşəm geostrateji ardıcıllığın baş memarı heç şübhəsiz ki, Prezident İlham Əliyevdir.

Xüsusilə Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycanın suverenliyinə yönələcək hər hansı kənar təhdidin önünə çəkilmiş ən güclü siyasi və hərbi sipər oldu. Prezident İlham Əliyev bu tarixi bəyannamə ilə həm düşmən qüvvələrə, həm də onların havadarlarına qəti mesaj verdi ki, Azərbaycan yalnız deyil və onun ərazi bütövlüyü ən yüksək səviyyədə beynəlxalq təminat altındadır. Məhz bu beynəlxalq zəmanət 19-20 sentyabr əməliyyatlarının xarici müdaxilə olmadan, uğurla həyata keçirilməsini şərtləndirdi.

Silahlı xuntanın Xankəndidə və ətraf ərazilərdə zərərsizləşdirilməsi Şuşanın və digər strateji yüksəkliklərin tam və əbədi təhlükəsizliyini təmin etdi. Prezident İlham Əliyev addım-addım həyata keçirdiyi bu siyasətlə göstərdi ki, dövlət başçısı olaraq o, nəinki torpaqları azad edir, həm də bu azadlığın əbədi olması üçün hər cür hərbi və siyasi infrastruktur yaradır. Hadisələrin inkişaf dinamikası Liderin zamanlamanı necə mükəmməl hesabladığını sübut edir.

Beləliklə, Dövlət Suverenliyi Günü uzunmüddətli və səbirli dövlət siyasətinin mütləq qələbəsidir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bu sarsılmaz strateji planlaşdırma, qlobal diplomatiya və hərb tarixinə qızıl hərflərlə yazılmış, müstəqil Azərbaycanın qüdrətini nümayiş etdirən fəxarət mənbəyidir.

Sədaqət Hacıyeva, 

YAP Nizami rayon təşkilatının mühasibi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button