
20 sentyabr tarixi Azərbaycan xalqının milli qürurunun, yenilməz iradəsinin və tarixi ədalətə olan inamının ən yüksək rəmzidir. Bu gün xalqımızın keçmişdə yaşadığı ağır faciələrin, torpaq itkilərinin və psixoloji gərginliklərin üzərindən birdəfəlik xətt çəkərək gələcəyə böyük inam və başıdik baxmasını təmin etdi.
Dövlət Suverenliyi Günü təqvimimizə sadəcə bir rəsmi bayram kimi deyil, nəsil-nəsil yaşayacaq, milli şüuru qidalandıracaq bir qürur günü kimi daxil oldu. Gələcək nəsillər 20 sentyabrı müstəqil Azərbaycanın öz ərazi bütövlüyünü, ləyaqətini və suverenliyini son nöqtəsinə qədər qoruyub saxladığı, dövlətçilik ideallarının tam zəfər çaldığı tarixi an kimi həmişə böyük ehtiramla xatırlayacaqlar.
Əminə Kərimova,
YAP Nizami rayon təşkilatının “Nəsimi küçəsi, 34” ərazi partiya təşkilatının sədri



