
Sentyabrın 17-də Bakıda keçirilən görüş TürkDövlətləri Təşkilatının həyatında mühüm hadisələrdənbiri kimi yadda qaldı. Prezident İlham Əliyevintəşkilata üzv ölkələrin təhlükəsizlik üzrə rəhbərşəxslərini qəbul etməsi türk dövlətləri arasındatəhlükəsizlik sahəsində dialoqun əhəmiyyətini bir dahaortaya qoydu. Dövlət başçısının çıxışında TürkDövlətləri Təşkilatının əsas üstünlüklərindən biri kimiümumi etnik köklərə malik ölkələri birləşdirməsixüsusi vurğulandı. Dil, mədəniyyət, tarix və mənəvidəyərlərin yaratdığı yaxınlıq xalqlarımızı yalnızkeçmişə deyil, həm də gələcəyə bağlayan güclüamildir. Bu bağlar dövlətlərarası münasibətlərinmöhkəmlənməsində mühüm rol oynayır.
Bu gün təhlükəsizlik anlayışı əvvəlki dövrlərdən dahageniş məna daşıyır. Terrorçuluq və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrinqanunsuz dövriyyəsi, informasiya və kiberməkandameydana çıxan təhdidlər dövlətlərin qarşısında yeni vəmürəkkəb vəzifələr yaradır. Prezident İlham Əliyevinçıxışında da bu reallıqlardan irəli gələn məsələlərədiqqət yetirildi. Müasir çağırışların bir çoxunun yalnızbir dövlətin səyləri ilə aradan qaldırılmasının çətinliyitəhlükəsizlik sahəsində əlaqələndirilmiş fəaliyyətinvacibliyini artırır. Məhz buna görə TDT məkanındatəhlükəsizlik üzrə qurumların müntəzəm fikir vətəcrübə mübadiləsi strateji əhəmiyyət daşıyır.
Azərbaycanın təşəbbüsləri ilə Bakıda belə görüşlərinkeçirilməsi ölkəmizin türk dünyasının birliyinə vətəhlükəsizliyinə verdiyi töhfənin daha bir nümunəsidir. Prezident İlham Əliyevin çıxışında səslənən fikirlərdənaydın olur ki, ortaq təhlükəsizlik arxitekturasınınformalaşdırılması uzunmüddətli və ardıcıl əməkdaşlıqtələb edir. Türk dövlətlərinin qarşılıqlı etimad vəhəmrəylik əsasında bir araya gəlməsi regiondasabitliyin möhkəmlənməsinə xidmət edən mühümamildir. Tarixin dərinliklərindən gələn qardaşlıqbağları müasir dövrdə yeni məzmun qazanaraqtəhlükəsiz gələcəyin qurulmasına istiqamətlənir.
Günay Məlikova,
YAP Xəzər rayon təşkilatının fəalı



