
Bakının qapıları bu dəfə türk dünyasının təhlükəsizliyivə gələcəyi ilə bağlı mühüm fikir mübadiləsinə açıldı. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatınaüzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri iləgörüşü qardaş dövlətlər arasında münasibətlərin yalnızsiyasi və iqtisadi istiqamətlərlə məhdudlaşmadığını, təhlükəsizlik sahəsində də qarşılıqlı əməkdaşlığınmühüm mərhələyə daxil olduğunu göstərdi. Dövlətbaşçısının çıxışında ortaq etnik köklər, dil, mədəniyyətvə ənənələr xalqlarımızı birləşdirən mənəvi sərvət kimisəciyyələndirildi. Bu sərvət əsrlərin sınağından keçərəkbu gün müstəqil dövlətlər arasında möhkəməməkdaşlıq körpüsünə çevrilib.
Prezident İlham Əliyevin diqqət çəkdiyi mühümməqamlardan biri də sabitlik və təhlükəsizliyindövlətlərin inkişafı üçün fundamental əhəmiyyətdaşımasıdır. Dünyada mürəkkəb proseslərin getdiyi birzamanda öz ərazilərində sabitliyi qoruyan ölkələrgələcək inkişaf üçün daha geniş imkanlara malik olur. Siyasi və iqtisadi sabitlik investisiya, texnologiya vəinnovasiyaların cəlb edilməsinə, insanların rifahınınyüksəldilməsinə əlverişli şərait yaradır. Buna görə dətəhlükəsizlik məsələləri artıq yalnız bir ölkənin daxiliməsələsi kimi deyil, qarşılıqlı əməkdaşlıq tələb edənümumi çağırış kimi qəbul edilir.
Azərbaycan Prezidentinin çıxışı Türk DövlətləriTəşkilatının qarşısında duran vəzifələrin miqyasını dagöstərdi. Təhlükəsizlik üzrə rəhbər şəxslərin bir arayagəlməsi təcrübə mübadiləsi aparmaq, potensial risklərivaxtında müəyyənləşdirmək və yeni təhdidlərə qarşıdaha səmərəli mexanizmlər formalaşdırmaqbaxımından əhəmiyyətlidir. Bu gün türk dünyasınınqarşısında yeni üfüqlər açılır. Həmin üfüqlərə doğrugedən yolun əsas dayaqlarından biri isə qarşılıqlıetimad, həmrəylik və təhlükəsizliyə ortaqməsuliyyətdir. Bakı görüşü bu düşüncənin daha birmühüm ifadəsi kimi yadda qalır.
Pərviz Dadaşov,
YAP Xəzər rayon təşkilatının fəalı



