AnalitikaGündəmSiyasət

Türk dünyasının təhlükəsizlik və həmrəylik yolunda yeni səhifəsi

Bakıda keçirilən görüş Türk dünyasının tarixdəngələn birlik ruhunun müasir dövrün çağırışları iləqovuşduğu mühüm siyasi məqam kimi yadda qaldı. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatınaüzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri iləgörüşdə səsləndirdiyi fikirlər yalnız bugününreallıqlarına deyil, həm gələcəyin təhlükəsizlikmənzərəsinə işıq salan mühüm mesajlarla zəngin idi. Dünyanın müxtəlif bölgələrində mürəkkəb proseslərincərəyan etdiyi, təhlükəsizlik anlayışının əvvəlkidövrlərlə müqayisədə daha geniş məna daşıdığı birvaxtda türk dövlətlərinin qarşılıqlı etimad həmrəylikəsasında daha sıx əməkdaşlıq etməsi xüsusi əhəmiyyətkəsb edir. Dövlət başçısının çıxışında TDT-nin keçdiyiinkişaf yolu, beynəlxalq nüfuzunun artması üzvdövlətlər arasında əlaqələrin möhkəmlənməsi diqqətəçatdırıldı. Bir zamanlar yalnız ortaq tarix mədəniyyət bağları ilə ifadə olunan birlik bu günsiyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliksahələrində real əməkdaşlıq mexanizmləri ilə dahageniş məzmun qazanır.

  Prezident İlham Əliyevin çıxışında AzərbaycanınTürk dünyasının təhlükəsizlik əməkdaşlıqməkanında oynadığı mühüm rol da öz aydın ifadəsinitapdı. Azərbaycanın əlverişli coğrafi mövqeyi onuŞərqlə Qərb, Şimalla Cənub arasında mühüm bağlantınöqtəsinə çevirir. Bakıdan keçən enerji nəqliyyatlayihələri yalnız iqtisadi əhəmiyyət daşımır, eynizamanda region dövlətləri arasında qarşılıqlı asılılığı etimadı gücləndirən mühüm amillər kimi çıxış edir. Xəzərin sahillərindən Mərkəzi Asiyaya, oradanAvropaya uzanan yollar sanki türk dövlətlərini bir-birinə bağlayan yeni dövrün damarlarına çevrilir. Buyollar üzərində yalnız yüklər, enerji resursları sərmayələr deyil, həm xalqları birləşdirənəməkdaşlıq ideyaları hərəkət edir. Azərbaycanıntəşəbbüsü fəal iştirakı ilə formalaşan bu mənzərəTürk Dövlətləri Təşkilatının potensialının daha genişcoğrafiyada özünü göstərməsi üçün mühüm imkanlaryaradır.

  Görüşdə təhlükəsizlik məsələlərinə xüsusi diqqətyetirilməsi təsadüfi deyildi. Müasir dünyanınreallıqları göstərir ki, dövlətlərin təhlükəsizliyi yalnızsərhədlərin qorunması ilə məhdudlaşmır. Terrorizm, transmilli cinayətkarlıq, informasiya təhlükəsizliyi, kibertəhdidlər, qeyri-sabitlik digər yeni çağırışlardövlətlərdən daha çevik əlaqələndirilmiş fəaliyyəttələb edir. Bu baxımdan türk dövlətlərinin təhlükəsizlikqurumları arasında təcrübə mübadiləsinin, qarşılıqlıəlaqələrin koordinasiyanın gücləndirilməsi mühümistiqamət kimi ön plana çıxır. Prezident İlham Əliyevinçıxışında səslənən fikirlər bir həqiqəti ortaya qoyur: təhlükəsizliyin möhkəm təməli yalnız güc amilindədeyil, qarşılıqlı etimadda, həmrəyliyin qorunmasında bir-birinin maraqlarına hörmətlə yanaşılmasındadır. Türk dünyasının dövlətləri arasında bu etimad qədərmöhkəm olarsa, qarşılaşdıqları çağırışlara cavabimkanları da bir o qədər geniş olar.

  Bakıda səslənən bu mesajların mahiyyətində isə dahaböyük bir ideyabirlikdən gücə, həmrəylikdəndavamlı inkişafa aparan yol dayanır. Ortaq tarix, dil, mədəniyyət mənəvi dəyərlər türk xalqlarını əsrlərboyu bir-birinə bağlayan möhkəm körpülər olub. Bugün həmin körpülər müasir siyasi iqtisadiəməkdaşlıqla daha da möhkəmlənir. Prezident İlhamƏliyevin çıxışı Türk Dövlətləri Təşkilatının qarşısındadayanan imkanların genişliyini göstərməklə yanaşı, üzv dövlətlərin qarşılıqlı fəaliyyətinin stratejiəhəmiyyətini önə çəkdi. Azərbaycan üçün Türkdünyasının birliyi yalnız siyasi anlayış deyil, tarixiyaddaşın, milli-mənəvi dəyərlərin gələcəyəyönəlmiş baxışın təbii davamıdır. Bakıda keçiriləngörüş bu baxımdan Türk dünyasının birliksalnaməsində yeni bir səhifə təsiri bağışladıkeçmişinmöhkəm təməlləri üzərində qurulan, bu gününreallıqlarını nəzərə alan gələcəyə inamla yönələn birsəhifə.

 Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button