AnalitikaGündəmSiyasət

20 Sentyabr- Milli yaddaş və dövlətçilik şüuru

Hər bir müstəqil dövlətin tarixində elə tarixlər olur ki, onlar sadəcə təqvim vərəqləri olaraq qalmır, xalqın yaddaşı, milli qüruru dövlətçilik iradəsinin əbədi rəmzinə çevrilir.  Məhz 20 sentyabr da Azərbaycan xalqı üçün belə tarixlərdənbiridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 2024-cü ildənetibarən ölkəmizdə rəsmi olaraq Dövlət Suverenliyi Günü kimiqeyd olunur. Dövlət suverenliyi hər bir xalqın öz taleyinimüstəqil müəyyənləşdirmək hüququnun ən yüksəktəzahürüdür Azərbaycan xalqı bu hüququ əsrlər boyudavam edən mübarizə, itkilər, tarixi Zəfərlər bahasınaqazanmışdır. Bu tarix həm 2023-cü ilin sentyabrındaAzərbaycan Respublikasının bütün ərazisində dövləthakimiyyətinin konstitusiya quruluşunun bərpasını, digərtərəfdən isə müstəqilliyin, ərazi bütövlüyünün suverenliyinbir-biri ilə bağlı siyasi-hüquqi kateqoriyalar kimitamamlanmasını ifadə edir. Azərbaycan üçün 20 Sentyabrmilli yaddaş simvoluna Azərbaycan Respublikasında DövlətSuverenliyi Gününün təsis edilməsi ilə müasir dövlətçilikənənələrinin davamı kimi düşdü. Suverenlik həm yalnızstatik bir hüquqi status deyil, o daim qorunmalı, möhkəmləndirilməli lazım gəldikdə hərbi-siyasi vasitələrləbərpa edilməli olan dinamik dəyərdir. 1991-ci ildə dövlətmüstəqilliyinin bərpasından sonra sentyabrın 20-də Azərbaycan Ali SovetiAzərbaycan Respublikasının DövlətSuverenliyi haqqında Bəyannamə”ni qəbul etdi. Azərbaycanıngələcək müstəqillik aktının yəni, 18 oktyabr 1991-ci ildə qəbulolunanDövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nınəsasını təşkil etdi. Bu mənada 20 sentyabr 1991 hadisəsiAzərbaycan müstəqilliyinin hüquqi başlanğıc nöqtəsi kimitarixə düşdü. Beləliklə, 20 Sentyabr yalnız keçmiş hadisəninxatırlanması deyil, dövlətçilik ideyasının gələcək nəsillərəötürülməsi üçün institusional yaddaş elementinə çevrilmişdir.

BMT Nizamnaməsi suveren bərabərlik prinsipini dövlətlərin ərazi bütövlüyünə qarşı güc tətbiqindən çəkinməköhdəliyini beynəlxalq sistemin əsas prinsipləri kimi təsbit edir. Azərbaycan məsələsində ərazi bütövlüyü dövlətlərinsuverenliyi beynəlxalq hüquqi müzakirənin əsaselementlərindən biridir. Azərbaycan öz ərazi bütövlüyünü sırfhərbi gücə deyil, həm beynəlxalq hüququn BMT qətnamələrinin tələblərinin yerinə yetirilməsinə əsaslanaraqbərpa edib. 20 Sentyabr müasir Azərbaycan dövlətçiliyininsuverenliyin bərpası ilə yanaşı, bölgədə sülhün, təhlükəsizliyin davamlı inkişafın təmin olunması, azad edilmiş ərazilərinbərpası keçmiş məcburi köçkünlərin doğma yurdlarınaqayıtması kimi mühüm vəzifələri özündə ehtiva edir. 20 Sentyabrın eyni zamanda siyasi-hüquqi əhəmiyyəti sonrakıbərpa quruculuq prosesləri ilə tamamlanır. Qarabağda Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış siyasətiyalnız infrastruktur layihəsi deyil, həm dövlətin özərazisində sosial, iqtisadi inzibati funksiyalarını yenidənqurması prosesidir.

20 SentyabrDövlət Suverenliyi Günü Azərbaycanxalqının çoxəsrlik dövlətçilik mübarizəsinin məntiqi yekunu eyni zamanda yeni inkişaf mərhələsinin rəsmi başlanğıcıdır. Suverenlik yalnız bir dövlətin hüquqi statusu deyil, xalqınhəyat qabiliyyətini, iradəsini gələcəyə inamını nümayişetdirən ən başlıca amillərdən biridir.

Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixliSərəncamı ilə bu günün rəsmi dövlət təqvimindəəbədiləşdirilməsi Azərbaycan dövlətinin öz tarixi Zəfərinigələcək nəsillərə ötürmək, milli yaddaşı vətənpərvərlikhisslərini gücləndirmək iradəsinin təzahürüdür.

Afaq Sadıqova,
Bakı Dövlət Universitetinin elmi işçisi

 

Oxşar Xəbərlər

Back to top button