
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının milliyaddaşında dərin iz buraxan, hər birimizin qəlbindəhəm kövrək, həm də qürurlu duyğular oyadanmüqəddəs tarixdir. Bu gün Vətənimizin ərazibütövlüyü və suverenliyi uğrunda canından keçənşəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsiAzərbaycan tarixinin ən mühüm səhifələrindən birinitəşkil etdi. Həmin günlərdə Azərbaycan əsgəri doğmatorpağın hər qarışını qorumaq, Vətənin təhlükəsizliyinitəmin etmək və dövlətimizin qarşısında duran tarixivəzifələri yerinə yetirmək üçün döyüş meydanınaatıldı. Ordumuzun sıralarında Vətənin müxtəlifbölgələrindən olan igid oğullar bir amal ətrafındabirləşdi. Onların hər birinin öz arzuları, ailəsi, doğmaları və gələcəyə dair planları vardı. Lakin Vətənqarşısında müqəddəs borc bütün şəxsi arzularındanüstün gəldi. Bu yolda həyatını itirən qəhrəmanlarımızınadı Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Bu gün onların hər birinin adı çəkilərkən bir xalqınböyük fədakarlıq tarixinin səhifələri göz önündəcanlanır.
Şəhidlik xalqımızın mənəvi dəyərlər sistemindəxüsusi və müqəddəs məna daşıyır. Şəhidlərimiz özcanları ilə Vətən sevgisinin ən ali nümunəsinigöstərdilər. Onların qəhrəmanlığı yalnız döyüşmeydanında nümayiş etdirilən şücaətdən ibarət deyil. Şəhidlərin hər biri arxasında böyük bir həyat hekayəsi, ailəsinin xatirələri və gələcək nəsillərə örnək olacaqmənəvi miras qoyub. Bu gün şəhid ailələrinin söylədiyihər bir xatirə, qoruyub saxladığı hər bir fotoşəkil, məktub və şəxsi əşya həmin böyük tariximizin canlıyadigarıdır. Anım Günü məhz bu yaddaşınqorunmasına, şəhidlərimizin adlarının daim ucatutulmasına və onların həyat yolunun gələcək nəsillərəçatdırılmasına xidmət edir. Şəhidlərin xatirəsiniyaşatmaq yalnız bir gün ərzində onları yad etməkdeyil, onların ailələrinə ehtiram göstərmək, övladlarının gələcəyinə diqqət göstərmək, qazilərimizin fədakarlığını unutmamaq və Vətənəbağlılıq hissini gündəlik həyatımızda yaşatmaqdır. Çünki tarixini unutmayan xalq öz gələcəyinə dahainamla addımlayır.
27 Sentyabr həm də gələcək nəsillərə ünvanlananmənəvi bir çağırışdır. Bu tarix gənclərimizə göstərir ki, Vətən sevgisi yalnız sözlərdə deyil, əməllərdə, məsuliyyətdə, vicdanlı xidmətdə və milli dəyərlərəsədaqətdə özünü göstərir. Bu gün məktəblərdə, alitəhsil müəssisələrində, müxtəlif təşkilatlarda keçirilənanım tədbirləri gənclərin şəhidlərimizin həyat yolu ilətanış olmasına, onların göstərdikləri qəhrəmanlığınmahiyyətini daha dərindən anlamasına imkan yaradır. Hər bir gənc bilməlidir ki, ona əmanət olunan Vətənböyük qurbanlar hesabına qorunub. Bu əmanətə sahibçıxmaq isə savadlı olmaq, vicdanla çalışmaq, dövlətəvə xalqa fayda vermək, milli-mənəvi dəyərləriqorumaqla mümkündür. 27 Sentyabrda edilən hər birdua, ziyarət edilən hər bir şəhid məzarı, yad edilən hərbir qəhrəman adı xalqımızın yaddaşının canlı olduğunugöstərir. Zaman keçəcək, yeni nəsillər yetişəcək, lakinVətən uğrunda canından keçən qəhrəmanlarımızın adıAzərbaycan xalqının qəlbində daim yaşayacaq. Onlarınmüqəddəs xatirəsi gələcək yolumuza işıq saçan mənəvibir çıraq kimi nəsilləri bir-birinə bağlayacaq.
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri



