AnalitikaGündəmSiyasət

Təbii sərvətlərin səmərəli istifadəsi yeni sənaye imkanları yaradır

Ölkənin iqtisadi siyasətində qeyri-neft sektorunun genişləndirilməsi uzunmüddətli inkişaf xəttinin əsas istiqamətlərindən biridir. Bu siyasətin nəticəsində sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, enerji, xidmət və digər sahələrdə yeni imkanlar yaranıb. İqtisadiyyatın müxtəlif istiqamətlər üzrə şaxələndirilməsi xarici və daxili amillərdən asılılığın azaldılması ilə yanaşı, yeni istehsal və məşğulluq imkanlarının formalaşdırılmasına da şərait yaradır. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı da məhz bu baxımdan iqtisadiyyatın şaxələndirilməsi prosesində yeni mərhələ yaradır. 

    Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.Sözügedən müşavirədə dövlətimizin başçısı bu sahənin  ölkə iqtisadiyyatı üçün, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıdığını, çox perspektivli olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, bu, maliyyətutumlu sahə olsa da, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradacaq.Qeyd edilib ki, bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.

      Ölkə başçısının rəhbərliyi ilə qəbul edilən bu strateji proqram Azərbaycanın iqtisadi müstəqilliyini və qüdrətini daha da möhkəmləndirəcək, xalqımızın rifahına misilsiz töhfələr verəcək, həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun sürətli məskunlaşması və məşğulluğuna təkan verməklə bərabər, dövlət büdcəsinə vergi daxilolmalarını kəskin artıracaq, qeyri-neft eksport potensialımızı keyfiyyətcə yeni səviyyəyə qaldıracaqdır. Azərbaycanın son illərdə sənaye parkları və aqroparklar vasitəsilə formalaşdırdığı iqtisadi model bu baxımdan mühüm baza yaradır. Müxtəlif bölgələrdə yaradılan sənaye infrastrukturu istehsalın ərazi üzrə genişlənməsinə, yeni müəssisələrin fəaliyyətə başlamasına və ixrac potensialının artmasına imkan verib. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da həmin regional iqtisadi siyasətin yeni istiqamətlərindən biri kimi çıxış edir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafından gözləntilər yalnız yeni iş yerləri və istehsal müəssisələri ilə məhdudlaşmır. İxrac potensialının genişlənməsi, dövlət büdcəsinə vergi daxilolmalarının artması və ölkəyə əlavə valyuta gəlirlərinin daxil olması iqtisadi nəticələrin əsas istiqamətlərini təşkil edir.

        Dağ-mədən və metallurgiya sənayesinə dair Dövlət Proqramı da bu siyasətin konkret istiqamətlərindən biri kimi ölkənin sənaye potensialının genişləndirilməsinə yeni imkanlar yaradır. Təbii ehtiyatların müasir texnologiyalarla öyrənilməsi, hasilat və emal proseslərinin genişləndirilməsi, yeni yataqların iqtisadi dövriyyəyə cəlb olunması və istehsal zəncirinin ölkə daxilində qurulması gələcəkdə qeyri-neft sektorunun daha çox sahə üzrə genişlənməsinə şərait yarada bilər. Bu isə iqtisadiyyatın şaxələndirilməsi ilə yanaşı, regionların inkişafına, yeni məşğulluq imkanlarının yaranmasına və ölkənin sənaye potensialının daha səmərəli istifadəsinə xidmət edən mühüm istiqamətdir.

Əli Kərimov,
Pirllahı Rayon Ağsaqqallar Şurasının sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button