AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Qalib xalqın təhsil və mədəniyyət intibahı

Vətən müharibəsində və suverenliyin bərpasında qazanılan tarixi Qələbə Azərbaycanın təhsil, elmi və mədəni həyatında da yeni bir dirçəliş mərhələsinin təməlini qoydu. İşğaldan azad edilmiş torpaqlarda otuz il ərzində məhv edilən, dağıdılan mədəniyyət abidələrimiz, muzeylərimiz və təhsil ocaqlarımız Zəfərdən sonra sürətlə bərpa olunmağa və öz əvvəlki əzəmətinə qovuşmağa başladı.

Şuşa şəhərinin “Azərbaycanın mədəniyyət paytaxtı” və “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, burada “Xarıbülbül” Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin yenidən bərpası mədəni irsimizin əbədi sahibinə qaytarılmasının bariz nümunəsidir. Eyni zamanda, Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması və azad edilmiş rayonlarda yeni müasir məktəblərin istifadəyə verilməsi regionun elm və təhsil mərkəzinə çevrilməsini təmin edir.

Mədəniyyət və təhsil sahəsindəki bu intibah təkcə binaların bərpasından ibarət deyil; bu, qalib xalqın ruhunun, özünüdərkinin və milli kimliyinin təntənəsidir. Şəhidlərimizin qanı və canı bahasına azad edilən bu müqəddəs torpaqlarda indi Azərbaycan muğamı səslənir, gənc nəsillər müasir elmlərə yiyələnir və zəngin tariximiz gələcəyə daşınır.

27 Sentyabrdan başlayan bu şanlı yol göstərdi ki, hərbi və siyasi Zəfərlər elm, təhsil və mədəniyyətlə möhkəmləndirildikdə əbədi olur. Azad Qarabağ və Şərqi Zəngəzurda ucalan hər bir təhsil və mədəniyyət ocağı şəhidlərimizin müqəddəs xatirəsinə yaşatdığımız ən ali ehtiramın rəmzidir.

Arif Qurbanov,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 161” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button