
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində xüsusi mərhələ təşkil edir. Bu tədbirin əsas tarixi əhəmiyyəti onun ölkəmizin bütün ərazisində suverenliyin tam bərpa olunmasından və separatizmə son qoyulmasından sonra keçirilən ilk partiya qurultayı olmasıdır. Ölkə Prezidenti, YAP Sədri İlham Əliyevin vurğuladığı kimi, 2020-ci ilin Zəfəri və 2023-cü ilin sentyabr əməliyyatları müasir Azərbaycanın siyasi və ideoloji reallıqlarını köklü şəkildə dəyişmişdir.
Qurultayda keçən dövrün yekunları təhlil olunarkən qeyd edilmişdir ki, 44 günlük Vətən müharibəsində kazanılan tarixi qələbə yalnız hərbi gücün deyil, eyni zamanda ölkədəki milli həmrəyliyin və güçlü siyasi iradənin təzahürüdür. YAP xalqımızın birliyinə əsaslanan bu böyük tarixi nailiyyətlərin ideoloji dayağı kimi çıxış etmişdir. Tam suverenlik şəraitində keçirilən VIII Qurultay təşkilatın qarşısına artıq yeni inkişaf horizontları və vəzifələr qoyur.
Partiya Sədrinin nitqində postmünaqişə dövrünün yaratdığı imkanlar və dövlətin gələcək xarici-daxili prioritetləri ətraflı şərh olunmuşdur. İşğaldan azad olunmuş ərazilərin sürətli bərpası və Böyük Qayıdış proqramının uğurla icrası YAP-ın həm mərkəzi, həm də yerli strukturlarının əsas diqqət mərkəzində durur. Suverenliyin tam bərpa edilməsi regionda dayanıqlı sülhün və tərəqqinin təmin olunmasına möhkəm zəmin yaratmışdır.
Təşkilatın VIII Qurultayında qəbul olunan qərarlar partiya üzvlərinin yeni geosiyasi reallıqlara uyğun səfərbər olunmasını təmin edir. Azərbaycanın ərazi bütövlüyünün və təhlükəsizliyinin əbədi xarakter alması istiqamətində həyata keçirilən dövlət siyasətinə partiya tərəfindən hərtərəfli dəstək ifadə olunmuşdur. Bu amil cəmiyyətin bütün təbəqələrinin YAP ətrafında daha sıx birləşməsinə təkan verir.
Yekun olaraq, YAP VIII Qurultayı müstəqil Azərbaycanın zəfər salnaməsinin siyasi təsbitidir. Tam suveren dövlətin avanqard partiyası kimi YAP bundan sonra da ölkəmizin milli maraqlarının qorunması və dayanıqlı inkişafının təmin olunmasında aparıcı rolunu saxlamaqda davam edəcəkdir. Qurultay qərarları gələcək uğurların yeni proqram sənədi xarakterini daşıyır.
Aysel Məmmədova,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 348a” ərazi partiya təşkilatının sədri



