AnalitikaGündəmSiyasət

YAP-ın VIII Qurultayı partiya üzvlərinin qarşısında yeni və mühüm vəzifələr müəyyənləşdirib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “M.Şərifli küçəsi, 161” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının partiya qarşısında yeni və mühüm vəzifələr müəyyənləşdirdiyini qeyd edərək, Möhtərəm Prezident, YAP sədri cənab İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərin partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra çıxış edən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb, ölkənin inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirak edib. Nəzərə çatdırılıb ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkənin tarixində yeni mərhələnin başlanmasına səbəb olub və bu yeni mərhələ qarşıya daha böyük hədəflər, məsuliyyətli vəzifələr qoyur.

Tədbirdə çıxış edən digər natiqlər ET Ağciyər Xəstəlikləri İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Şəms Sadıxzadə, həkim-ftiziatr Taleh Abbasov da partiyanın VIII Qurultayının Azərbaycanın qarşısında duran yeni çağırışlar, əldə olunan mühüm nailiyyətlər və gələcək inkişaf perspektivləri fonunda xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın son illərdə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə mühüm uğurlar əldə etdiyi diqqətə çatdırılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button