
Oktyabrın 14-də “H.Zərdabi 88A” ünvanı üzrə(“Neftqazelmitədqiqatlayihə” İnstitutu) ərazi partiya təşkilatındaAzərbaycan Respublikasının Prezidenti, Yeni AzərbaycanPartiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirəkeçirilib.
Müşavirədən əvvəl institutun inzibati binasında yerləşən UluÖndər Heydər Əliyevin büstü ziyarət olunaraq gül dəstələridüzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yadedilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev, Milli Məclisin deputatı, məşhur “91-lər”dən VüqarRəhimzadə, SOCAR prezidentinin müşaviri Racu Vəliyev, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru NüsrətƏliyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazipartiya təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü vəsuverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsininbir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ArdıncaAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən “Neftqazelmitədqiqatlayihə” İnstitutunundirektoru Nüsrət Əliyev iştirakçıları salamlayaraq elmi-tədqiqatinstitutunda belə mühüm tədbirin keçirilməsindənməmnunluğunu ifadə edib. N.Əliyev vurğulayıb ki, YeniAzərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin sosial-iqtisadivə elmi-texniki inkişaf kursunu müəyyənləşdirən vacib tarixidönüş nöqtəsidir. Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin qurultaydakı konseptual nitqi neft-qazsənayesinin elmi təminatı, innovativ layihələrin tətbiqi və elmipotensialın gücləndirilməsi baxımından mühüm vəzifələr qoyur. O qeyd edib ki, institutun elmi heyəti və mühəndis-layihəçiləridövlət başçısının neft və enerjinin inkişafı strategiyasınasadiqdir və partiya ideallarının təbliğində, habelə elmi-texnikinailiyyətlərin istehsalata tətbiqində yorulmadan çalışacaqlar.
Çıxış edən Milli Məclisin deputatı, məşhur “91-lər”dən VüqarRəhimzadə Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından vəpartiyanın Azərbaycan dövlətçiliyindəki əvəzolunmaz rolundanbəhs edib. V.Rəhimzadə vurğulayıb ki, YAP ağır sınaqlardankeçərək ölkəmizin taleyini dəyişən və xalqı parlaq gələcəyəaparan ideoloji qüvvəyə çevrilmişdir. Cənab Prezident İlhamƏliyevin rəhbərliyi ilə keçirilən VIII Qurultay partiyanıntəşkilati baxımdan daha da möhkəmlənməsinə, gəncləşməsinəvə müasir çağırışlara cavab verməsinə zəmin yaradıb. O, institutun alim və mütəxəssislərini cənab Prezidentin siyasikursu ətrafında daha sıx birləşməyə və partiya işində fəallıqnümayiş etdirməyə çağırıb.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev Azərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ınVIII Qurultayındakı tarixi və proqram xarakterli nitqininkonseptual məqamları, postmüharibə dövrünün yeni reallıqlarıvə elmi müəssisələrin qarşısında duran strateji vəzifələr barədəgeniş məruzə ilə çıxış edib. Bəxtiyar Nəbiyev bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş “Əsrin müqaviləsi” və uğurlu neft strategiyası ölkəmizin iqtisadi müstəqilliyinin və bugünkü böyük Zəfərlərinin möhkəm təməlini təşkil etmişdir. Ulu Öndərin zəngin idarəçilik irsini uzaqgörənliklə sürdürəncənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinkiregionun, bütövlükdə Avropanın enerji təhlükəsizliyindəəvəzolunmaz aktora çevrilmişdir. Müzəffər Ali BaşKomandanın liderliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasıhəm də güclü iqtisadiyyatımızın və Yeni AzərbaycanPartiyasının yürütdüyü ardıcıl siyasi xəttin parlaq təntənəsidir.B.Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul edilmiş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işinin daha modern və effektiv prinsiplər əsasında qurulmasını tələb edir. Bu gün neft-qazsektorunda elmi innovasiyaların tətbiqi, rəqəmsallaşma vəyüksəkixtisaslı gənc alimlərin yetişdirilməsi ölkəmizin dayanıqlıinkişafının əsas şərtlərindəndir. Ərazi partiya təşkilatının üzvlərielmi potensialı ideoloji fəallıqla uzlaşdırmalı, gəncmütəxəssislərin milli-mənəvi dəyərlər və dövlətçilik prinsipləriruhiyyəsində tərbiyə olunmasına öz töhfələriniverməlidirlər.YAP Yasamal rayon təşkilatı bu yolda“Neftqazelmitədqiqatlayihə” İnstitutunun partiya fəalları ilə sıxəməkdaşlığı davam etdirəcəkdir.
Çıxış edən SOCAR prezidentinin müşaviri Racu Vəliyev neft-qaz sənayesinin ölkə iqtisadiyyatının onurğa sütunu olduğunuvurğulayaraq, Dövlət Neft Şirkətinin qlobal enerji bazarındakıstrateji mövqeyi və həyata keçirilən transformasiya layihələribarədə ətraflı çıxış edib. Racu Vəliyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizin energetika sektoru dinamik inkişaf mərhələsini yaşayır. Bu gün SOCAR nəinkiənənəvi neft-qaz hasilatı, eləcə də “yaşıl enerji”yə keçid, dekarbonizasiya və müasir rəqəmsal texnologiyaların tətbiqisahəsində mühüm beynəlxalq layihələrin icraçısına çevrilmişdir. Bu böyük nailiyyətlərin arxasında məhz“Neftqazelmitədqiqatlayihə” İnstitutunun alimlərinin, mühəndisvə layihəçilərinin dəyərli elmi potensialı və gərgin əməyidayanır. R.Vəliyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında dövlət başçısı tərəfindən müəyyən edilən strateji vəzifələr SOCAR sistemində çalışan hər bir əməkdaşdan yüksək peşəkarlıqla yanaşı, güclü ideoloji fəallıq və dövlətçilik təfəkkürü tələb edir. O, institutun ərazi partiya təşkilatınınüzvlərini və gənc mütəxəssislərini elmi-tədqiqat işlərindəinnovativ yanaşmaları genişləndirməyə, milli maraqlarımızınqorunmasında və Yeni Azərbaycan Partiyasının proqramməqsədlərinin təbliğində hər zaman ön sıralarda olmağa çağırıb.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himnisəsləndirilib.





















