
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərdən irəli gələn məsələlərin müzakirəsi məqsədilə YAP Tərtər rayon təşkilatının İrəvanlı ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Görüşdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında tutduğu mövqedən, partiya üzvlərinin qarşısında duran vəzifələrdən və VIII Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsi istiqamətində görüləcək işlərdən bəhs edib. O, qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında ərazi partiya təşkilatlarının üzərinə düşən vəzifələri diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər iştirakçılar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasətin prioritetləri, əldə olunan nəticələrin davamlılığının təmin edilməsi və strateji hədəflərin reallaşdırılması məsələləri ətrafında fikirlərini bölüşüblər. Qeyd olunub ki, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün partiya üzvlərinin təşəbbüskarlığının artırılması, məsuliyyətli fəaliyyət göstərməsi və ictimai-siyasi proseslərdə fəal iştirakı mühüm əhəmiyyət daşıyır.
Görüşdə, həmçinin VIII Qurultayda müəyyənləşdirilən fəaliyyət istiqamətlərinin partiya üzvləri arasında geniş təbliğ olunmasının, yerli təşkilatların işinin gücləndirilməsinin və qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb.




