
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Elşən Süleymanov küçəsi, 25/14” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, tədbir şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov VIII Qurultayda müəyyənləşdirilən vəzifələrin əhəmiyyətindən, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin icrasının vacibliyindən, dövlətin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Ağciyər Xəstəlikləri Mərkəzi Regional Xəstəxanasının poliklinika şöbəsinin baş həkimi Nurlana Şirinova səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Tədbirdə, həmçinin şöbə müdiri Tükəzban Novruzova, həkim-ftiziatr Afət Novruzova və ərazi partiya təşkilatının sədr müavini Ceyhun Qafarov çıxış edərək YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərin əhəmiyyətindən və səhiyyə sahəsində qarşıda duran vəzifələrdən bəhs ediblər.









