AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin təşəbbüsləri Azərbaycan-Laos tərəfdaşlığını gücləndirir

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri dost ölkələrlə münasibətlərin inkişaf etdirilməsi və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmləndirilməsidir. Prezident İlham Əliyev bu məqsədlə müxtəlif dövlətlərlə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə və humanitar əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir.

Laos Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında əhəmiyyətli hadisədir. Prezident İlham Əliyev səfərin ikitərəfli əlaqələrə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. Görüşlərdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri geniş müzakirə olunub.

Azərbaycan və Laos arasında diplomatik əlaqələrin 30 ildən artıq tarixi vardır. Bu müddətdə iki ölkə beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirib, parlamentlərarası münasibətləri inkişaf etdirib və siyasi əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq edib. Mövcud siyasi təmaslar digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Dövlət başçıları iqtisadi əlaqələrin mövcud potensialdan daha səmərəli istifadə edilməklə inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Ticarət dövriyyəsinin artırılması, investorlar arasında əlaqələrin qurulması və birgə layihələrin nəzərdən keçirilməsi əsas məsələlər sırasındadır. Təhsil, nəqliyyat və mina təhlükəsi ilə mübarizə də müzakirə olunan istiqamətlər arasında yer alıb.

Prezident İlham Əliyevin siyasəti Azərbaycanın beynəlxalq münasibətlərdə fəal iştirakını və dost dövlətlərlə uzunmüddətli əməkdaşlığını təmin etməyə yönəlib. Laosla əlaqələrin genişləndirilməsi bu siyasətin praktik təzahürüdür. İki ölkənin qarşılıqlı iradəsi və konkret təşəbbüsləri gələcək tərəfdaşlığın möhkəmlənməsi üçün yeni imkanlar açır.

Aytən İsmayılova, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button