GündəmSosial

Mədəniyyət İdarəsi ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayının qərarları müzakirə olunub

YAP Tərtər rayon təşkilatında VIII Qurultayın yekunlarının izahı ilə bağlı görüşlər davam edir. Növbəti tədbir Mədəniyyət İdarəsi ərazi partiya təşkilatında keçirilib.
Görüşdə YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Mədəniyyət İdarəsi ərazi partiya təşkilatının sədri Fərid Hacıyev və partiya fəalları iştirak ediblər.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ərazi partiya təşkilatının sədri Fərid Hacıyev giriş nitqində qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyamızın inkişafında yeni mərhələnin əsasını qoydu. Onun fikrincə, bu mötəbər tədbir həm partiyadaxili birliyin, həm də ümumxalq həmrəyliyinin növbəti təzahürü kimi yadda qaldı.Qeyd edib ki, Prezidentin irəli sürdüyü ideyalar partiyanın qarşıdakı illərdəki fəaliyyətini müəyyənləşdirən əsas istiqamətlərdir. Bu gün hər bir ərazi təşkilatının üzərinə düşən əsas vəzifə həmin ideyaları yerlərdə operativ və düzgün şəkildə çatdırmaq, üzvlər arasında ideoloji işi daha da gücləndirməkdir.
Görüşdə iştirak edən fəallar da çıxış edərək bildiriblər ki, qalib ölkənin iqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyasının üzərinə daha böyük məsuliyyət düşür və onlar Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursu dəstəkləyərək mədəniyyət sahəsində də dövlətçilik ənənələrinin təbliğinə töhfə verəcəklər.
Tədbirin sonunda VIII Qurultaydan irəli gələn vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər

Back to top button