Qubadlı rayonunda sərhəd təhlükəsizliyi və dövlət sərhədinin mühafizəsi tədbirləri
Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunduqdan sonra ölkənin dövlət sərhədlərinin bütövlüyü və təhlükəsizliyi də tam şəkildə təmin edilmişdir. Dövlət Sərhəd Xidməti tərəfindən Qubadlı rayonu ərazisindəki dövlət sərhədi boyunca yeni sərhəd-mühafizə məntəqələri və hərbi hissələr yaradılmışdır. Bu tədbirlər ölkəmizin təhlükəsizliyinin qorunmasında həlledici rol oynayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə sərhəd infrastrukturunun modernləşdirilməsi istiqamətində kompleks işlər görülmüşdür. Qubadlı istiqamətində yerləşən sərhəd zastavaları ən müasir texniki vasitələr, silah-sursat və rabitə sistemləri ilə təchiz olunmuşdur. Hərbi qulluqçuların xidməti və yaşayış şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir.
Sərhəd təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması regionda sülhün və əmin-amanlığın qarantıdır. Dövlət sərhədlərimizin etibarlı qorunması ölkəmizin suverenliyinin sarsılmazlığını sübut edir. Qubadlı rayonu artıq təhlükəsiz sərhəd bölgəsi kimi fəaliyyət göstərir.
Bu tədbirlər həm də ölkəmizin sərhəd nəzarəti sisteminin beynəlxalq standartlara uyğun qurulduğunu nümayiş etdirir. Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti sərhədlərimizi qürurla qoruyur. Qubadlı sərhədləri hər zaman etibarlı əllərdədir.
Lətifə Nəsirova,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Sabir küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini



