GündəmSiyasət

Vətən müharibəsi şəhidi Elsevər Əhədzadənin xatirəsi anılıb

25 oktyabr 2026-cı il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Əhədzadə Elsevər Ağacan oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhid ailələri, Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, RİHBA-nın məsul əməkdaşları, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev, Nizami Bələdiyyəsinin sədr müavini Yeganə Abbasova və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Elsevər Əhədzadə 21 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Oxşar Xəbərlər

Back to top button