
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Məhsəti Gəncəvi küçəsi, 7” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.
Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Zəngi liseyinin direktoru Nigar Məmmədova və digər iştirakçılar çıxış ediblər.
Çıxışlarda ölkəmizdə təhsilin inkişafı, gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması, vətənpərvərlik ruhunda tərbiyəsi və dövlətçilik ideologiyasının təbliği istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Qeyd edilib ki, təhsil müəssisələri gənclərin intellektual inkişafı ilə yanaşı, onların milli kimliyə, tarixi irsə və dövlətçilik prinsiplərinə bağlı vətəndaşlar kimi yetişməsində mühüm rol oynayır. Bu baxımdan şagirdlərdə vətənə sevgi, dövlət rəmzlərinə hörmət və milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Bildirilib ki, YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərdən irəli gələn vəzifələrin icrası çərçivəsində ideoloji maarifləndirmə işinin gücləndirilməsi, gənclərin dövlətçilik ənənələrinə hörmət ruhunda tərbiyəsi və təhsil sahəsində çalışan partiya üzvlərinin ictimai fəallığının artırılması vacibdir.




