
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşıllıq zolaqlarının bərpa olunması, genişləndirilməsi və ətraf mühitin mühafizəsi məqsədilə növbətiağacəkmə aksiyası keçirilib.
Ekoloji tarazlığın bərpasına və ərazinin abadlaşdırılmasına töhfə verən aksiyada Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, eləcə də Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvləri və qazilər fəal iştirak ediblər.
Aksiya çərçivəsində Qara Qarayev prospekti 2A ünvanının qarşısındakı ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan 170 ədəd Eldar şamı və 20 ədəd zeytun ağacı əkilib. Əkilən ağaclar suvarılıb, bərkitmə işləri aparılıb və onlara aqrotexniki qaydalara uyğun olaraq müvafiq qulluq göstərilib.


















