
Azərbaycan Respublikasının Dövlət Bayrağıxalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq vəmüstəqillik uğrunda apardığı mübarizəni özündəyaşadan müqəddəs dövlət rəmzlərindən biridir. Hər il 9 Noyabr – Dövlət Bayrağı Gününün qeyd edilməsixalqımızın dövlətçilik ənənələrinə, milli dəyərlərinə vəmüstəqil dövlət ideyasına olan dərin bağlılığınınifadəsidir. Mavi, qırmızı və yaşıl rənglərin vəhdətindənyaranan üçrəngli bayrağımız hər bir azərbaycanlınınqəlbində sonsuz qürur və iftixar hissi oyadır. Bubayraq sadəcə bir dövlət atributu deyil, xalqımızınəsrlər boyu arzuladığı azadlığın, milli birliyin vəmüstəqil gələcəyin rəmzidir.
Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1918-ci ilnoyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətihökumətinin qərarı ilə qəbul edilmişdir. Bu tarixi qərarxalqımızın müasir dövlətçilik tarixində mühümmərhələ olmaqla yanaşı, milli özünüdərkin vəmüstəqillik düşüncəsinin təntənəsi idi. Bayrağımızınrənglərində xalqımızın mənəvi dünyası, tarixi köklərivə gələcəyə baxışı əks olunur. Mavi rəng türkmənşəyimizi, qırmızı rəng müasirliyi, inkişafı vədemokratik dəyərləri, yaşıl rəng isə İslamsivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Səkkizguşəli ulduz və aypara isə dövlət rəmzimizinmənəvi bütövlüyünü tamamlayır.
Müstəqilliyimizin bərpasından sonra üçrənglibayrağımız yenidən dövlətçilik tariximizin əsassimvollarından birinə çevrildi. Ümummilli LiderHeydər Əliyevin siyasi iradəsi və uzaqgörəndövlətçilik strategiyası nəticəsində milli dövlətçilikənənələri qorunaraq daha da möhkəmləndirildi. Busiyasəti uğurla davam etdirən Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycan öz suverenliyini, ərazibütövlüyünü və beynəlxalq nüfuzunu daha dagücləndirdi. Bu gün üçrəngli bayrağımız işğaldan azadedilmiş torpaqlarımızda, Şuşada, Xankəndidə və digərşəhər və kəndlərimizdə qürurla dalğalanır. Bayrağımızın həmin torpaqlarda dalğalanmasıxalqımızın tarixi ədaləti bərpa etmək əzminin və millibirliyinin təntənəsidir.
9 Noyabr – Dövlət Bayrağı Günü hər bir vətəndaşaVətən qarşısında məsuliyyətini, dövlətçiliyimizinqorunmasının vacibliyini və milli dəyərlərimizə sahibçıxmağın əhəmiyyətini xatırladır. Üçrənglibayrağımızın dalğalandığı hər bir məkandaAzərbaycanın müstəqilliyi, qüdrəti və gələcəyə inamıyaşayır. Bu bayraq şəhidlərimizin qanı ilə yazılmışqəhrəmanlıq tariximizin, qazilərimizin şücaətinin vəgələcək nəsillərə ötürüləcək müqəddəs əmanətinrəmzidir. Hər bir azərbaycanlı bilməlidir ki, bayrağasevgi Vətənə sevginin ən ali ifadəsidir. Bayrağımızdaim yüksəklərdə dalğalansın, müstəqilAzərbaycanımızın adı və şöhrəti bütün dünyadaucalıqla səslənsin!
Aysel Məmmədova,
YAP Xəzər rayon təşkilatının fəalı



